SON DƏQİQƏ

Sabirabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində 300 şagirdin iştirakı ilə görüş keçirilib

Tarix:28-10-2022, 13:11 | Oxunub: 360

Sabirabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində 300 şagirdin iştirakı ilə görüş keçirilib.

"doğru.tv" yə verilən məlumata görə,Tədbirdə Polis Akademiyasının və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və 10 məktəblərin pedaqoji heyəti iştirak edib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov, Polis Akademiyasının əməkdaşı, polis baş leytenantı İsmayıl Əmirli, eləcə də digər iştirakçılar gələcəyimiz olan şagirdlərə vətənpərvərlik ruhunda böyümələrinin, gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar. Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib. 
Həmçinin baş tutan tədbir zamanı məktəblilərə bəşəriyyəti narahat edən və mənəvi dəyərlərə böyük zərbə vuran narkomaniya haqqında da söhbətlər açılıb, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, zərərli vərdişlərə düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe tutmasının zəruriliyindən danışılıb. 
Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Atayeva Günay
  "doğru.tv"
 
Sabirabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində 300 şagirdin iştirakı ilə görüş keçirilib
Sabirabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində 300 şagirdin iştirakı ilə görüş keçirilib
Sabirabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində 300 şagirdin iştirakı ilə görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ