SON DƏQİQƏ

Xaçmazda sahibkarlarla görüş keçirilib

Tarix:26-10-2022, 07:03 | Oxunub: 400


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Xaçmazda sahibkarlarla görüş keçirilib. 

"doğru.tv" - nin məlumatına görə, "Xaçmaz KOB evi”ndə təşkil olunmuş görüşdə Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzəndən olan sahibkarlar iştirak ediblər. 

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, millət vəkilləri Vahid Əhmədov və Sevil Mikayılova, eləcə də ətraf rayonların icra hakimiyyətlərinin və sahibkarlara xidmət göstərən qurumların nümayəndələri regionda meyvə-tərəvəz istehsalı ilə məşğul olan sahibkarların problemlərini dinləyiblər. 

Müzakirələr əsasən regionda yetişdirilən meyvə-tərəvəz məhsullarının emalı üçün müəssisələrin yaradılması, ixracla bağlı çətinliklər, yerli məhsulların satışının təşviqi, logistika və daşınma ilə bağlı problemlər, qablaşdırma və kadr məsələləri, sahibkarların maliyyə resurslarına çıxışı, kommunal xidmətlərə qoşulma, sahibkarların qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb, daha sonra onların təklifləri dinlənilib və sualları cavablandırılıb. 
Görüşdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir.
 
Atayeva Günay
  "doğru.tv"

Xaçmazda sahibkarlarla görüş keçirilib
Xaçmazda sahibkarlarla görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ