SON DƏQİQƏ

Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər

Tarix:18-10-2022, 14:08 | Oxunub: 482

Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər.


"doğru.tv"-yə verilən məlumata görə,Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 nömrəli tam orta məktəbində «Narkomaniyaya yox deyək!» və "Erkən nikahın fəsadları" mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən E.İlyasov şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan rayon rəisi son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev çıxış edərək erkən nikahın fəsadlarından bəhs edib. 

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb. 

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
 
Atayeva Günay
  "doğru.tv"
 
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ