SON DƏQİQƏ

Qubada tibbi aksiya keçirilib Fotolar

Tarix:16-10-2022, 07:23 | Oxunub: 543

15 oktyabr 2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Mərkəzi Xəstəxanasının və C.Abdullayev adına Elmi - Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Quba Rayon Mərkəzi Xəstəxanasında ixtisaslı həkimlər tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər üçün tibbi aksiya keçirilmişdir. 

Aksiya zamanı qeyd edilən kateqoriyalardan olan vətəndaşlar kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçirilmiş, onların elektrokardioqrama və exokardioqrama müayinəsi aparılmışdır. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilmiş, digər patologiyalar aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmişdir.
 
Atayeva Günay.
  "doğru.tv"

Qubada tibbi aksiya keçirilib Fotolar
Qubada tibbi aksiya keçirilib Fotolar
Qubada tibbi aksiya keçirilib Fotolar
Qubada tibbi aksiya keçirilib Fotolar
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ