SON DƏQİQƏ

"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib

Tarix:27-09-2022, 21:41 | Oxunub: 267

"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib. 


Siyəzən rayonunda Şəhidlər anılıb.

"doğru.tv"nin şimal burosu xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə birlikdə Siyəzən şəhər parkında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə çəkilən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. 

Daha sonra Şəhidlər xiyabanında əbədi yanan məşəl önünə əklil qoyan rayon rəhbəri çıxış edərək 27 sentyabr - Anım gününün xalqımızın talehində əbədi dönüş yaratdığından, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasətin layiqli davamçısı olan möhtərəm prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə zəfərə aparan yolun ilk addımı olduğundan danışıb.

 Daha sonra rayon rəhbərliyi müharibədə vətən uğrunda şəhid olan Siyəzən oğullarının valideynlərinə bir daha başsağlığı verdi, qazilərə cansağlığı arzu etdiyini bildirdi.

 Tədbirdə çıxış edən digər natiqlərdə 27 sentyabr tarixinin bundan sonrada Azərbaycan xalqının yaddaşında əbədi qalacağı vurğuladı. 

Tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhidlərin baralyefləri önünə tər gül-çiçəklər düzdülər.

Tədbirə qatılan ictimayyət nümayəndələri Şəhidlər xiyabanında təşkil olunmuş ağacəkmə aksiyasına qoşuldular. 
 Daha sonra tədbir Siyəzən şəhərinin mərkəzində ucaldılmış "Dəmir Yumruq" abidəsinin önündə davam etdi. 

Həmçinin Siyəzən şəhər 6 saylı məktəb liseyin şagirdləri anım gününə həsr olunmuş flashmobla çıxış etdilər.


Saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Atayeva Günay.
 "doğru.tv"

"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ