SON DƏQİQƏ

27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

Tarix:27-09-2022, 21:06 | Oxunub: 247

27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib 


Xaçmazda anım günü qeyd edilib


"Doğru.tv"nin Şimal bürosu xəbər verirki, Xaçmaz rayonunda 27 sentyabr, anım tədbirlərinə ağac əkmə aksiyası ilə start verilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Qarabağ qaziləri qələbədə pay sahibi olan hər bir şəhidin adına rayon ərazisində bir ağac əkiblər. İcra başçısı şəhid ailələri ilə səmimi söhbət zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.  

Daha sonra anım tədbiri Şəhidlər Xiyabanında davam etdirilib. Rayon rəhbərliyi xiyabanda alovlanan məşəlin önünə əklil qoyub. Azərbaycan Respublikasının Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb. 

 Daha sonra şəhid ailələri rayon rəhbərliyi ilə görüşü zamanı ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərimizin və qazilərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb. Şəhidlərin xatirəsinə avtomobillərdən siqnal verilib.

Atayeva Günay.
  "doğru.tv"

27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ