SON DƏQİQƏ

İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak eden Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər

Tarix:27-09-2022, 12:25 | Oxunub: 214

İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər. 

Rayonun Qulubəyli kəndində baş tutan görüşdə şöbə əməkdaşları əvvəlcə şəhidimizin böyüyüb boya-başa çatdığı evdə olublar, ailə üzvlərinin qayğıları ilə maraqlanıblar. Daha sonra isə şəhid hərbi qulluqçunun məzarını ziyarət olunub, önünə əklil qoyulub, çiçək dəstələri düzülüb.
Həmçinin şöbə əməkdaşları eyni kənddə anadan olan və 1990-cı illərdə mənfur düşmənlərimizə qarşı mərdliklə vuruşaraq Hadrut rayonunun Şaqax kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan şəhid polis əməkdaşı, Milli Qəhrəman İmamverdi Əliyevin məzarını da ziyarət ediblər. Vətən oğlunun məzarının önünə gül-çiçək dəstələri düzən polislər, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhid ailələri ilə görüşdən sonra polis şöbəsinin kollektivi torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirələrinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər. Əvvəlcə əməkdaşlar tərəfindən əkin üçün lazım olan quyular qazılıb, daha sonra rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkilib. Bundan əlavə, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Atayeva Günay.
 "doğru.tv"

İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak eden Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər
İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak eden Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər
İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak eden Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər
İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak eden Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ