SON DƏQİQƏ

Azərbaycan xalqı tarixi qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı

Tarix:22-09-2022, 17:29 | Oxunub: 176

Azərbaycan xalqı tarixi qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı.

Vətən müharibəsi ilə qazanılan tarixi zəfərin ölkəyə verdiyi əhəmiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu qələbə təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil, bu qələbə millətin dirçəlişi, oyanış və ruhi qida xarakteri daşıyan, özünə qayıdışın mənəvi simvolu idi. Nə xoşbəxtik ki, bu Zəfər gününü biz də yaşadıq və 27 sentyabrda start götürən 10 noyabrda nöqtə qoyulan 44 günlük müharibə dünya palitrasında Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsidir. Bu 44 gündə Azərbaycanın Rəşadətli ordusu tarix yazdı.
Bir sözlə, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi.30 illik həsrət sona çatdı.
Cənab Prezidentimiz dəfələrlə çıxışlarınızda demişdir, Azərbaycan güclü dövlətdir və güclü Ordusu var. Bu gün artıq bütün dünya buna şahiddir. Bizə qalib xalq olaraq bu cür qürurverici hisslər yaşatdığınıza görə Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk. Hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.
 Vətən müharibəsində iştirak edən bir qazi olaraq deyə bilərəm ki dövlətimiz şəhid ailələrinə, qazilərimizə hər zaman diqqət və qayğı göstərir.
Vətən müharibəsi qazisi kimi son illərdə Azərbaycanın qazandığı Zəfərlərlə qürur duyduğumu bildirir, qətiyyətinizə və Vətənə olan sevginizin böyüklüyünə görə Cənab Prezidentimizə təşəkkürümü bildirirəm

Son günlər də ölkəmizə qarşı aparılan qarayaxma, böhtanları qətiyyətlə pisləyir, qeyd etmək isyəyirəm ki, hər zaman dövlətimin, dövlətçiliyimin yanındayam.
Bütün Şəhidlərimizə Allahdan rəhmət qazilərimizə şəfa diləyirəm.

Yaşasın şanlı Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan!

Vətən müharibəsi qazisi:
Gizir Samir Dünyamalıyev

Atayeva Günay.
  "doğru.tv"

Azərbaycan xalqı tarixi qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ