SON DƏQİQƏ

Dövlət Xidmətinin rəisi: ""Tik-Tok"un ölkə ərazisində bloklanmasına səbəb dezinformasiya xarakterli məlumatların yayılmasıdır"

Tarix:21-09-2022, 13:59 | Oxunub: 119

"Tik-Tok" sosial şəbəkəsinin dezinformasiya xarakterli məlumatların yayması daha çox risk daşıdığı üçün bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.


"doğru.tv" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.Onun sözlərinə görə, müəyyən kəsimlər var ki, "Tik-Tok"u daha asan istifadə ola bilinir formata salmışdır.
"Yəni tik-Tokun özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır və bu vasitə ilə sizi həm doğru həm yalnış istiqamətlərə yönəldə bilir. Yəni siz bir doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövq edici məlumat paylaşsanız, siz burada informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz.Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu və risk daşıdığı üçün bu formada addım atılıb",- deyə Tural Məmmədov qeyd edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ