SON DƏQİQƏ

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Tarix:21-09-2022, 10:20 | Oxunub: 115

9-11 sentyabr 2022-ci il tarixlərində Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə 12-ci Dünya çempionatı keçirilib.


Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə turnirdə 45 ölkədən 800 idmançı mübarizə aparıb.

Çempionatda Azərbaycanın karate üzrə milli yığma komandasının və FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri Astan Qasımov, Elnur Əliyev, Ülvi Məmmədov və Xəyal Məmmədov kişilər arasında şəxsi kumite və komanda kumite yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanıblar.

Belə ki, 18-21 yaş kateqoriyası üzrə gənclər arasında şəxsi kumite yarışlarında +84 kq çəki dərəcəsində Astan Qasımov, böyüklər arasında 21 yaşdan yuxarı kateqoriyada şəxsi kumite yarışlarında +84 kq çəki dərəcəsində Ülvi Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Komandanın digər üzvü 21 yaşdan yuxarı böyüklər arasında şəxsi kumite yarışlarında +75 kq çəki dərəcəsində Elnur Əliyev yarışın bürünc medalına layiq görülüb. Bundan əlavə, komanda kumite yarışlarında öz qüvvələrini sınayan karateçilərimiz Ülvi Məmmədov, Elnur Əliyev yarışın gümüş, Xəyal Məmmədov isə bürünc medalının sahibi olublar.

Karateçilərin ilk məşqçisi, əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

20 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ənənəvi olaraq keçirilən məşq prosesi zamanı Dünya çempionatında uğur qazanmış karateçilər ilə görüşərək onları təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.
"doğru.tv".
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ