SON DƏQİQƏ

Yevlaxda soyğunçuluq edən şəxs saxlanılıb

Tarix:20-09-2022, 13:15 | Oxunub: 124

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxs müəyyən edilərək istintaqa cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "doğru.tv"- yə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluq yolu ilə başqasına məxsus mobil telefonu mənimsəyən rayon sakini İlqar Baxşalıyev saxlanılıb. O, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Ələ keçirdiyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ