SON DƏQİQƏ

Nigerdə ​​leysan yağışları 159 nəfərin həyatına son qoyub

Tarix:20-09-2022, 09:02 | Oxunub: 117

Nigerdə ​​daşqın və torpaq sürüşməsi artıq 159 nəfərin ölümünə səbəb olub.


"doğru.tv" xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə xidməti məlumat yayıb.
Ölənlərlə yanaşı, 185 nəfərin yaralandığı, daha 225 min nəfərin isə müxtəlif dərəcədə xəsarət aldığı bildirib.
Yağışlar 25 900 ev və binaya, 210 taxıl anbarına, çoxlu sayda məktəb və xəstəxanaya ziyan vurub.
Səlahiyyətlilərin fikrincə, cari mövsüm ölkə tarixində ən dağıdıcı mövsümlərdən birinə çevrilib.
Nigerdə ​​əhalinin ən çox zərər çəkmiş bölgələrdən təxliyəsi üçün tədbirlər görülür, humanitar yardımlar edilir.

Qeyd edək ki, ölkədə ​​yağışlı mövsüm adətən iyundan sentyabrın əvvəlinə qədər davam edir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ