SON DƏQİQƏ

Qubada qəzalı məscid bərpa olunacaq? - AÇIQLAMA

Tarix:20-09-2022, 00:26 | Oxunub: 124

Sosial şəbəkələrdə Quba rayonunun Qırız kəndində yerləşən qədim Əbu Müslim məscidinin dağıntıya məruz qalmasıyla bağlı məlumatlar yayılıb.


Məsələ ilə bağlı  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, Quba rayonunun Qırız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil olan məscid qəzalı vəziyyətdədir.

Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar.

Məscidin bərpa-konservasiya olunması məqsədilə investisiya siyahısına salınması üçün təkliflər hazırlanır.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ