Şəmkirdə mədə - bağırsaq pozuntusundan şikayət edənlərin sayı kəskin artıb.
Şəmkirdə bir müddətdir ki, əhali arasında mədə-bağırsaq pozuntusu şikayəti ilə həkimə müraciət edənlərin sayı kəskin artıb. Rayon mərkəzi xəsətəxanasından biliriblər ki, təxminən 2 ay əvvəl azyaşlılarda müşahidə olunmağa başlayan şikayətlərlə daha sonra böyüklər də həkimə üz tutublar. Əsasən qusma, ishal, halsızlıq, yüksək hərarət və başağrısı əlamətləri ilə müşayiət olunan xəstəliyin müalicəsi 3-4 gün çəkir. İlk gün xəstəxanada stasionar həkim yardımı göstərilən xəstələr daha sonra müalicəni ambulator qaydada evdə davam etdirirlər. Həkimlər əhalini yay aylarında ehtiyatlı olmağa çağırır.
"dogru.tv".