SON DƏQİQƏ

Jurnalisti 3 aylığa HƏBS ETDİLƏR

Tarix:10-09-2021, 16:32

"Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə  Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

 

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Vəkil apellyasiya şikayəti verəcəklərini deyib.
 

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ