SON DƏQİQƏ

Qızılın qiyməti düşüb

Tarix:26-07-2022, 07:10 | Oxunub: 341

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) ikigünlük iclasının yekunlarının gözlənildiyi bir zamanda qızılın qiymətində cüzi eniş qeydə alınıb.


"dogru.tv" xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın avqust fyuçersləri 0, 31%, yaxud 5,4 dollar ucuzlaşaraq 1 unsiyası 1 722 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,99% düşərək 1 unsiyası 18,433 dollar təşkil edib.

Çərşənbə günü FES-in qərarı açıqlanacaq. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılacaq.

ABŞ-da monetar siyasətin sərtləşdirilməsi dollar üçün müsbət hal hesab olunur. Analitiklər hesab edirlər ki, iyul ayında qızılın qiyməti ABŞ dollarının məzənnəsinə əks dinamikada inkişaf edəcək.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ