SON DƏQİQƏ

VIDEO - Qızımı bu evdən köçürməyə utandım", İsmayıllı sakini

Tarix:14-11-2022, 17:04 | Oxunub: 107

Qızımı bu evdən gəlin çıxarmağa utandım. Baldızımın evindən çıxardım. Dedim, qızımı burada görməsinlər".
Almaz Kərimova 30 il əvvəl İsmayıllının Gəraybəyli kəndindəki daxmaya gəlin köçüb:

"Bu evdə yaşamaq çox çətindir. Yayda evə ilanlar, qışda da su dolur. Bir damcı yağış yağan kimi, içərini su basır. Çıxıb, çarpayıların üstündə otururuq ki, ayağımız su olmasın".
Qadın deyir ki, uzun illərdir yaşadığı bu evin rütubəti ona və həyat yoldaşına müxtəlif xəstəliklər gətirib:

"Özüm astma xəstəsiyəm, yoldaşım ciyər xəstəsidir. Bax, bu dərman 6,5 manatdır, bundan ayda 4 ədəd alıram. Başqa bir iynəm var, o da 7 manatdır. Yoldaşım həkimə getmişdi, müalicə yazıb. Nə ilə edək müalicəni?"
52 yaşlı Almaz Kərimova bildirir ki, Gəraybəyli kəndində varlılar da var, kasıblar da. Amma heç kəs onun qədər acınacaqlı vəziyyətdə deyil. Qadın söyləyir ki, dərdini demək üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə getməyə belə, yolpulu tapa bilməyib. Ananın söylədiyinə görə, bir neçə il əvvəl oğlu kollecə qəbul olsa da, onu da imkansızlıq ucbatından oxuda bilməyib:

"İndi ancaq yoldaşımın gətirdiyi 10-15 manatın ümidinə qalmışıq. Yoldaşım kənd nobatına gedir, onu da mənim dərmanıma, çayımıza, qəndimizə, unumuza güclə çatdırırıq. Un da ki, kəllə-çarxa qalxıb. Necə dolanaq? "

Almaz Kərimova BBC-yə onu da deyir ki, ünvanlı dövlət sosial yardımı almaq üçün müvafiq quruma müraciət etsə də, adına pay torpağı olması əsas gətirilərək, ona imtina cavabı verilib. O, həmin pay torpağından heç bir fayda götürmədiklərini də əlavə edir.

Əslində, yaşadığı bu daxmadan çıxıb, normal ev tikdirmək üçün ananın yeganə ümidi oğlu imiş:

"Qazananımız oğlum idi. Daş almışdı, ev tikəcəkdi, oğlumu əsgər apardılar".

Oğlunun hərbi xidmətdən qayıtması üçün indi günləri sayan ana xəstəliyə düçar olduğu bu daxmadan çıxa bilmək üçün çarəni hökumət qurumlarına üz tutmaqda görür:

"Xahiş edirəm, mənim qazımı çəksinlər. Evimi tikməyə kömək etsinlər, nə olar? Heç olmasa, oğlum gələnə qədər bir şey edək"
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ