SON DƏQİQƏ

Supermarketlər sizi daha çox pul xərcləməyə necə vadar edir?

Tarix:3-11-2022, 21:48 | Oxunub: 273

Britaniyada bir alıcı orta hesabla ildə 221 dəfə supermarketə gedir. Hər market səfəri ehtiyacımız olmayan məhsulları səbətimizə atdırmaq üçün bir fürsətdir. Bəs bunu nə üçün edirik?


Bunu başa düşmək üçün daha çox satmağın yollarını tapmaq məqsədilə milyonlarla pul xərclənən supermarketlərin diqqətlə idarə olunan marketinq bölmələrinə bir addım atmaq lazımdır.

Hər şey yerləşdirmədə həll olunur
Məhsulların yerləşdirilmə üsulu satış miqdarının artırılmasına təsir edir. Heç kassa sırasına girdiyiniz zaman şokolad qutusunun sizə göz vurduğunun fərqinə varmısınız?

Şirniyyat və jurnalları çıxışa doğru yerləşdirmək onların satışlarını artırır. Bu strategiya xüsusilə uşaqlar üzərində təsirlidir.
Britaniyada aparılan bir sorğu göstərir ki, valideynlərin 83 faizi kassada gözləyərkən övladları tərəfindən zərərli qidalar almaq üçün təzyiqə məruz qalır, 75 faizi isə bu zərərli qidaları almağa məcbur olur.

Yumurta və çörək kimi əsas qidaları axtarırsınız?

Marketə, sadəcə, süd almaq üçün daxil olub beş paketlə çıxdığınız olubmu? Bəzi supermarketlər süd, çörək kimi əsas qida məhsullarını girişdən uzaq hissələrə yerləşdirirlər. Beləcə, hədəfə çatmaq üçün irəliləyərkən bir çox başqa məhsulla qarşılaşırsınız.

Bu məhsulların özlərini də bir-birilərindən uzaqda yerləşdirirlər.

Bəzən yumurta mağazanın ən axırında gizlənir. Yumurta ovu sizi bütün supermarketi gəzməyə məcbur edir. Daha çox zaman keçirmək daha çox pul xərcləməyə gətirib çıxarır.

Endirimlər ən sondadır

Hədiyyələr və xüsusi endirimlər daha çox göründüyü üçün, adətən, sona doğru yerləşdirilir.
İnsanların 30 faizi endirimli malları ortada deyil, sonda olduqda almağa daha çox meylli olduqlarını deyirlər.

Meyvə və tərəvəzlər

Təzə meyvə və tərəvəzlər, adətən, supermarketlərin girişində yerləşdirilirlər.

Çünki sağlam qida almaq insanların əhval-ruhiyyəsini yüksəldir və onları zərərli məhsullar almaqla bağlı düşüncələrdən daha yaxşı hiss etdirir.

Qiymət strategiyaları
Endirimli məhsul almağı hər kəs sevir.

Kantar araşdırma şirkətinin araşdırmasına görə, Britaniyada ərzaq alış-verişinin 40 faizi irəliləyişli satışlardır.

Bəs istehlakçıla,r həqiqətən, yaxşı qiymətə alış-veriş edə bilirlərmi?

Daha çox almağa təşviq

4 lirəyə iki tort almaq fürsət deyil, sadəcə, hesabdır.

Ancaq tort 3 lirədirsə, ikisi 4 lirə olsa, yaxşı bazarlıq olar.
Araşdırmalar göstərir ki, klassik musiqi sizi daha bahalı şərablar almağa təhrik edir. Fransız musiqiləri fransız şərablarına yönəldir.

Daha az pul xərcləmək üçün beş məsləhət

Siyahı hazırlayın və ona əməl edin
Fikrinizdə bir büdcə təyin edin
Yalnız nağd pul xərcləyin
Ac olduğunuz zaman alış-veriş etməyin
Onlayn alış-verişə cəhd edin
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ