SON DƏQİQƏ

“KamAz”lara doldurub aparırdılar”. Rusiyalı əsgər və zabitlər ordunun tuman, çəkmə və zirehli jiletlərini necə oğurlayıblar?

Tarix:18-10-2022, 22:42 | Oxunub: 489


Ukraynadakı müharibəyə göndərilmək üçün səfərbər edilənlər, demək olar ki, hər şeyi özləri almaq məcburiyyətindədirlər - tumandan tutmuş zirehli jiletə, termal cihazlara qədər. Ehtiyatda olan general-leytenant, Dövlət Dumasının deputatı Andrey Qurulyov problemə belə münasibət bildirmişdi: "Şəxsi heyətin qəbul məntəqələrindəki milyon yarım dəstin hara yox olması hələ də mənə aydın deyil". BBC qismən də olsa, məhkəmə qərarlarında onun sualına cavab tapıb: Vladimir Putin Ukraynaya hücum planı hazırlamaqdaykən Rusiya hərbçiləri illər boyu öz anbarlarını qarət ediblər, hətta bəzən yük maşınlarına doldurub apararaq.

İyul ayının ortalarında rus qoşunları "Vaqner PMC" ilə birlikdə Luqansk vilayətindəki Uqleqorsk istilik elektrik stansiyasına hücum edəndə Avrasiyanın o biri ucunda - Kuril silsiləsinin İturup adasında Qarnizon Hərbi Məhkəməsinin iclası keçirilirdi. Ordakı hərbi hissədə arxa cəbhə geyim xidmətinin rəisi Dmitri Qorin saxtakarlıqda ittiham olunurdu.

2021-ci ilin payızında Qorin saxta hesab-fakturalar yazıbmış. Bu sənədlərə görə guya iki hərbçiyə xeyli sayda əmlak verilibmiş - birinə 100 çanta, üç baş geyimi, dörd yay papağı, küləkdən və nəmdən qoruyan iki dəst kostyum, digərinəsə 35 köynək, 50 əl dəsmalı; əlli cüt qış, 50 cüt yay corabı və bir cüt yay çəkməsi. Amma bu, sadəcə kağız üzərində baş vermişdi. Oğurluq faktını gizlətmək üçün Qorin saxta hesab-fakturaları artıq işdən çıxmış hərbçilərin adına yazmış, bir müddət sonrasa işin üstü açılmışdı
Arxa cəbhə geyim xidmətinin rəisi məhkəmədə bildirib ki, anbardakı əmlak saxlanma şəraitinin pis olması ucbatından yararsız vəziyyətə düşübmüş və o, yoxlama başlayacağından qorxaraq bu faktı rəsmiləşdirmək istəməyib, çıxış yolunu saxtakarlıq etməkdə görüb. Məhkəmə ona yüngül cəza verib - 25 min rubl məbləğində cərimələyib.

Amma Muromdakı (Vladimir vilayəti) mühəndis bölməsinin arxa cəbhə geyim xidmətinin keçmiş rəisi, baş leytenant İlgiz Əhmədovun bəxti gətirməyib - 2021-ci ilin sonunda Rusiya NATO-ya ultimatum irəli sürən günlərdə məhkəmə onun haqqında iki illik şərti həbs cəzası çıxarıb. Əhmədov hərbi əmlakı hərbi hissədən yük maşınında çıxarmışdı.

2018-ci ilin yazında o, anbardan "Ural" markalı maşına 209 yay çəkməsi yükləmiş, onları Nijni Novqorod vilayətindəki dostuna göndərmişdi - guya ona olan borcunu ödəmək üçün. Sonrakı dəfə Əhmədov anbardan 100 cüt çəkmə çıxarıb və əskiyi ört-basdır etmək üçün iki yüz cüt ayaqqabının geyilməkdən yararsız hala düşəməsi barədə saxta akt tərtib edib.

Bu iki hökm rus hərbçilərinin illərdir öz ordularından hərbi forma, çəkmə və digər əşyalar oğurlamasının sadəcə son nümunələridir. BBC "Ədalət məhkəməsi" Avtomatlaşdırılımış Dövlət Sisteminin məlumatlarına əsasən hesablayıb ki, son səkkiz ildə (Rusiya təbliğatı bu rəqəmi "Bəs əvvəlki səkkiz ildə hardaydız?" sakral ifadəsində istifadə edirdi) qarnizon hərbi məhkəmələri geyim anbarlarındakı əmlakın yox olmasıyla bağlı ən azı 558 hökm çıxarıb.
Rusiya Ukraynayla müharibəyə, sonra da səfərbərliyə başlamasaydı, bu problem ictimai maraqların periferiyasında qalacaqdı. Məhz səfərbərlik prosesində məlum oldu ki, Rusiya ordusu öz əsgərlərini geyimlə təmin edə bilmir. Orduya çağrılanların qohumları həmin o çəkmələri, baş geyimlərini, corabları, bel çantalarını, uniformaları, zirehli jiletləri, ilk tibbi yardım çantalarını və gecəgörmə cihazlarını onlara pulla alırlar.

"Şəxsi heyətin qəbul məntəqələrində saxlanan milyon yarım dəstin hara yox olması hələ də mənə aydın deyil. Niyə hərbi formayla və daha nələrləsə bağlı problemlər var? Bunu heç kim heç bir şəkildə izah etməyə hazırlaşmır!" - müharibə tərəfdarı, ehtiyatda olan general-leytenant, Dövlət Dumasının deputatı Andrey Qurulyov öz "Telegram" kanalında belə yazıb. Sonra da həmkarı Vasili Piskaryovla birlikdə Baş prokuror İqor Krasnova məktub ünvanlayaraq məsələnin araşdırılmasını istəyib - necə olub ki, illərlə büdcədən pul ayrılıb, amma orduda heç nə yoxdur.

Bu suala cavab tapmaq üçün BBC "Ədalət məhkəməsi" informasiya sisteminin materiallarına müraciət edib.

Müharibə ərəfəsində baş verən oğurluqlar
Adının çəkilməsini istəməyən hərbi jurnalist, Rusiya Silahlı Qüvvələrinin keçmiş zabiti deyir ki, əmlak oğurlamağın bir çox üsulu var. Məsələn, saxta siyahılar hazırlayır və ya əşyaların kifləndiyini əsas gətirib reyestrdən silirlər.

"Daha bir məşhur üsul məsuliyyəti sizdən sonrakı məsul şəxsə yükləməkdir, mənim bir sinif yoldaşımı bu üsulla həbs etdilər. O, bölməyə gedib, sənədləri imzalayıb, sonra inventarlaşdırma başlayıb və çatışmazlıq aşkar olunub. Türməyə göndərdilər".

Orduda xırda oğurluqlar həmişə olub. Məsələn, Bryansk vilayətinin Klintsı şəhərindəki motoatıcı alayında 2021-ci ilin yayından xidmət etməyə başlamış Vladimir Morjakov və Yeqor Medvedyev öz bölmələrinin anbarından paltar oğurlayıblar.

Anbarın qapısı qıfıllıymış, amma qapının tayları arasındakı boşluq o qədər böyükmüş ki, onlardan birini əyməyə müvəffəq olublar. Morjakov bayırda keçik çəkib, Medvedyevsə içəri keçib və tezliklə qucağında iki papaq, bir cüt çəkmə, bir cüt idman ayaqqabısı, üç dəst alt paltarı və üstünə "Rusiya ordusu" yazılmış dörd ədəd idman gödəkçəsiylə geri qayıdıb. 2022-ci ilin martında - Rusiya artıq Ukraynaya hücum edəndən sonra həmin gödəkçələri poçtla qohumlarına göndəriblər. Amma çox keçmədən oğurluq etdikləri bilinib deyə zəng vurub onları geri göndərməyi xahiş ediblər.
Onlara da kiçik məbləğli cərimə cəzası kəsilib - "oğurluq" maddəsiylə.

Amma Bryansk vilayətində xidmət edən bu iki motoatıcınıın anbardan çıxardığı iki papaq və bir cüt gödəkçə "dünyanın ikinci ordusu"nda son illər baş vermiş oğurluqlarla müqayisədə heç nədir.

Altay diyarındakı motoatıcı hərbi hissələrdən birinin komandiri Yevgeni Medvedyev 2021-ci ilin payızında xidmətə yeni gəlmiş çağırışçılara (cəmi 106 nəfər) isti gödəkçə götürmək üçün anbara gedib, amma əsgərlərə onların ancaq yarısını paylayıb, qalan 50 gödəkçəni hissənin ərazisindən çıxararaq satıb. Buna görə Medvedyevə "mənimsəmə və ya israf" maddəsilə 200 min rubl məbləğində cərimə cəzası kəsilib
Novosibirsk vilayətindəsə müttəhimlər kürsüsünə hansısa starşina yox, Ob şəhərindəki hava hücumundan müdafiə bölməsinin arxa cəbhə yemək və geyim xidmətinin rəisi əyləşib. Rusiya ordusu hələ Kiyev yaxınlığında olan günlərdə Novosibirsk Qarnizon Hərbi Məhkəməsi kapitan Vladimir Zaytsevlə geyim anbarının müdiri praporşik Aleksey Çuryukanovun onlara həvalə edilmiş əmlakı oğurlayaraq sistematik şəkildə satmaları faktını araşdırıb.

2019-cu il aprelin 17-də onlar bölmənin ərazisindən 60 ədəd yay səhra kostyumu, eyni sayda papaq, 50 dəst alt paltarı və 20 cüt ayaqqabı çıxarıblar. Mal o qədər çox olub ki, bunun üçün həmin bölmənin xidməti "KamAz"ından istifadə ediblər, maşını da elə həmin bölmənin əsgəri idarə edib.

Zaytsev və Çuryukanov anbardan təkcə uniforma və ayaqqabı yox, sap yumaqları, tualet kağızı, 50 min kağız zərf, faks kağızı, A4 vərəqləri üçün 36 min şəffaf "fayl" və maye sabun da oğurlayıblar. Onların satdıqları əmlakın ümumi dəyəri 1 milyon rubl təşkil edib, amma inventarlaşdırma zamanı anbarda 1,5 milyon rubl dəyərində çatışmazlıq aşkar olunub.
Corab, çəkmə və tualet kağızı satmaqda onlara Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbinin kapitanı Dmitri Nikitin də kömək edib - o, oğurluq mallar yüklənmiş "KamAz"ı "Sibir" kooperativindəki qarajına aparıb və orda mülki alıcılara satıb.

Məhkəmə hər üçünə cərimə cəzası kəsib.

Moskva vilayətindəki bölmələrdən birinin qida və geyim xidmətinin rəhbəri, kapitan Sergey Pudikov oğurluq əmlakı qaraja şəxsi pikapıyla daşıyıb. Hər dəfə maşınının arxasına bir neçə kisə əşya qoyan kapitan 2016-2018-ci illərdə bölmədən təxminən 80 kisə paltar və ayaqqabı çıxarıb.

Pudikov hərbi əmlakı birinci dəfə oğurlayanda (140 palto və 30 köynək) tabeliyindəki əsgər onları hara apardığını soruşub. Kapitan cavab verib ki, başqa ölçülərə dəyişib geri qaytaracaq. Saxlanılana qədərsə ona "Hələ uyğun ölçülər yoxdur" deyib. Çıxarılan və satılan əmlakın miqdarına görə Pudikova altı il həbs cəzası kəsilib, onu rütbəsindən də məhrum ediblər.

Əvvəlki illərdə baş verən oğurluqlar
Məhkəmə statistikası göstərir ki, son illər geyim anbarlarındakı israf və ya mənimsənmə halları üzrə cinayət işlərinin sayı sabit olaraq ildə 70-100 iş aralığındadır.
Geyim anbarlarındakı əşyalar elə 10 il əvvəl də beləcə yoxa çıxırmış.
2000-ci illərin sonunda Novosibirsk vilayətindəki hissələrin birində toxunulmaz ehtiyat anbarında yoxlama aparılıb. Məlum olub ki, təxminən 2000 idman çantası, 200 cüt çəkmə, 1200 yay kostyumu, 300 qazança və 100 su qabı çatışmır. Anbara praporşik Andrey Zorin cavabdeh idi, amma o, çiyinlərini çəkib malların harda olduğunu bilmədiyini deyib; bildirib ki, anbarı özü möhürləyib, qıfılı sındırma halları olmayıb, amma orda işləyən çağırışçı əsgərlərə pis nəzarət edib və yəqin ki, əşyaları anbardan onlar çıxarıblar.

2010-cu ildə məhkəmə Zorini "səhlənkarlıq"da təqsirli bilərək 30 min rubl (həmin dövrün məzənnəsiylə təxminən min dollar) məbləğində cərimələyib. O, hərbi xidməti tərk edəndən sonra mühafizəçi işləməyə başlayıb.

 2007-2009-cu illərdə nisbətən az oğurlayıb - öz şəxsi ehtiyacları üçün. Gah iki yataq kisəsi, gah bir cüt şalvar və ya çəkmə götürüb. Amma günlərin birində özünü saxlaya bilməyib, birdəfəyə bölmədən 45 cüt çəkmə çıxarıb. Onu 60 min rubl məbləğində cərimə ediblər.
2009-cu ildə - Uzaq Şərqdəki Sakit Okean Donanmasının geyim anbarlarından birinin ləğvi barədə qərar çıxarandan sonra həmin anbarın müdiri Aleksey Valevski saxta sənədlər tərtib edərək əmlakın bir hissəsini sadələşdirilmiş mühafizə rejimi tətbiq olunan başqa anbara daşıtdırıb, sonra tanışlarından biri 6 ay ərzində həmin malları şəxsi avtomobilinə yığaraq yavaş-yavaş ordan aparıb. Nəticədə 5 min alt köynəyi, 4 min cüt çəkmə, 2,5 min xəz əlcək oğurlanıb. Valevski məhkəmədə deyib ki, yuxarı vəzifəyə keçmək üçün belə edib və bu, rəhbərliyin də maraqlarına uyğun olub. Amma o, ad çəkməyib və 4,5 il müddətinə məskunlaşma koloniyasına göndərilib.

2015-2016-cı illərdə Ulyanovsk vilayətindəki hərbi hissələrindən birində yerləşən anbarda da bu cür genişmiqyaslı oğurluq halları baş verib. Ordan 2 min cüt tuman və bir o qədər də köynək, 13 min cüt corab, 200 yataq kisəsi çıxarılıb - hazırda səfərbərliyə cəlb edilənlərdən bunları öz hesablarına almaları xahiş olunur. Ordunun əmlakını daşımaq üçün "KamAz"lardan istifadə olunub, sənədlər saxtalaşdırılıb və əsgərlərə kağızlarda göstəriləndən az paltar verildiyi üçün hətta anbarda süni izafilik yaranıb.

İrkutsk vilayətindəki hərbi hava qüvvələri bölmələrindən birinin kapitanı İqor Çebotaryov da oğurluğu eyni üsulla gizlətməyə çalışıb, amma bir az da irəli gedərək siyahılara təkcə real yox, uydurma adların da daxil edilməsini tələb edib. Əşyalar anbardan bir neçə dəfəyə və "KamAz"la çıxarılıb. Məhkmədə kapitan hər maşına cəmi 15 kisə qoyulduğunu iddia edib, amma sürücü deyib ki, kuzov yuxarısına qədər dolu olub və hər dəfə hərbi hissədən 50-60 kisə çıxarılıb.

2014-cü ildə Çebotaryova həbs cəzası verilib.

Digər əmlakların oğurlanması
Rusiyada hərbi hissələrdən nəinki ayaqqabı və paltarlar, hətta qoruyucu vasitələr də yoxa çıxır.

Hazırda səfərbərliyə cəlb olunanlar Rusiya ordusunda çox defisit olan zirehli jiletləri özləri almağa məcburdurlar.

Nijni Novqorod vilayətindəki tank briqadasının serjantı İvan Andreev 2017-ci ildə bir bölmədən təxminən 50 jilet oğurlayıb. O, keçid məntəqəsində diqqət çəkməmək üçün tabeliyində olanlardan tələb edirmiş ki, jiletləri ya pəncərədən atsınlar, ya da xərəyə qoyub hərbi hissənin ərazisindən çıxarsınlar.
kəndindəki 242-ci təlim mərkəzinə - 1000 nəfərlik anqarda yerləşdirilib; könüllülər onlara yataq kisələri və döşəklərdən tutmuş termal cihazlara və kvadrokopterlərə qədər lazım olan hər şeyi almaq üçün ianə kampaniyası başladıblar.

Daha əvvəl "DXR" və "LXR"-də də eyni vəziyyət yaranıb - səfərbərliyə cəlb olunanlara paltar və ayaqqabıdan tutumuş gecəgörmə cihazlarına qədər hər şeyi qohumları alıblar.

"Biz vətən üçün oğurlayırıq" - "DXR"-ın "Xalq milisi"nin nümayəndəsi Eduard Basurin bir neçə gün əvvəl "Rossiya" kanalının efirində belə deyib - yəqin ki, vətən uğrunda "vuruşuruq" demək istəyib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ