SON DƏQİQƏ

Qubada Icra hakimiyyətii başçısı Şəhid qardaşı,Vətən Müharibəsi iştirakçısı toy məclisində iştirak etmişdir.

Tarix:28-07-2022, 20:44 | Oxunub: 476

Qubada Icra hakimiyyeti başçısı Şəhid qardaşı,Vətən Müharibəsi iştirakçısı toy məclisində iştirak etmişdir.

 

 

 

 

 

 

 

 

 

 28 iyul 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Vətən Müharibəsi şəhidi Aydəmirov Nizami Elçin oğlunun qardaşı,

Vətən Müharibəsi iştirakçısı Aydəmirov Nizam Elçin oğlunun toy məclisində iştirak etmişlər.


 

 

 

 

 

 

 

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev toy məclisində çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua vermiş, onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik etmiş, şəhid ailələrinə və qazilərə, həmçinin Vətən Müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından ətraflı danışmışdır.

 

 

Qeyd etmək lazımdır ki, Nizam Aydəmirovun atası Elçin Aydəmirov və anası Rəhimə Aydəmirova bir neçə il əvvəl vəfat etmişlər.

Rayon rəhbərliyinin belə məclislərdə iştirak etməsi dövlətimizin hər zaman bütün vətəndaşlarının qayğısına qalmasının daha bir əyani sübutudur.

 


 

 

 


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ