SON DƏQİQƏ

Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, nəyə icazə verilir?

Tarix:6-03-2022, 01:31

Azərbaycanda martın 6-dan xüsusi karantin rejimi yumşaldılır. Bu barədə şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir. Martın 6-dan nəyə icazə verilir, hansı məhdudiyyətlər ləğv olunur?

Qurumun son qərarında deyilir ki, martın 6-dan aşağıdakılara icazə verilir:

  • dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna;
  • dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinə;
  • bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;
  • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə;
  • masaj xidmətlərinin göstərilməsinə;
  • sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə.

6 martdan başlayaraq ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları tətbiq olunmayacaq.

İaşə obyektlərində masa arxasında 6 nəfərdən artıq adam toplaşa bilər.

Bazar günündən həmçinin şənlik mərasimlərinin keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti də ləğv olunur.

Sabahdan dini ibadət yerlərinə tətbiq edilən say məhdudiyyəti də ləğv olunur.

Fəaliyyətinə icazə verilən xidmətlərdən COVID-19-a qarşı peyvənd sertifikatı, immuniteti təsdiqləyən sənədi və yaxud da peyvəndə əks-göstərişi müəyyən edən sertifikatı olan şəxslər istifadə edə bilər.

Koronavirus infeksiyasına qarşı digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır, Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ