SON DƏQİQƏ

Enerji içkiləri uşaqların təhsildə uğursuz olmalarına səbəb olur?

Tarix:4-03-2022, 00:39

Dünyada uşaqların təxminən yarısı ən azı həftədə bir dəfə enerji içkiləri içir.

Bu, Britaniyada aparılmış yeni araşdırma nəticəsində bəlli olub.

British Medical Journal (BMJ - Britaniya Tibb Jurnalı-red.) Open nəşrinin yayımladığı araşdırmada mütəxəssislər enerji içkisini daha çox qəbul edən uşaqlarda baş ağrısı və yuxu problemlərinin olacağı barədə xəbərdarlıq edib.

Digər tərəfdən, yüksək enerjili mayelərin qəbulu uşaqların təhsildə uğursuz olmalarına da yol aça bilər.

Araşdırma ortaya çıxarıb ki, Böyük Britaniyada əksəriyyəti yeniyetmələr olmaqla uşaqların üçdə biri həftədə ən azı bir dəfə enerji içkisi içir.

Araşdırmaya əsasən bəzi uşaqların müəyyən hissəsi isə demək olar ki, hər gün enerji içkisi qəbul edir.

Böyük Britaniyada yüksək həcmdə kafein, şəkər və müəyyən yaş qrupları üçün zərərli hesab edilən digər maddələrin də olduğu enerji içkilərinin yaşı 16-da az olan şəxslərə satışı qadağandır.

250 qramlıq enerji içkisinin tərkibində təxminən ikiqat espresso qəhvəsi qədər kafein mövcuddur.

Birləşmiş Krallıq hökuməti bildirib ki, məhsulların üzərində olan xəbərdaredici etiketlərin fayda vermir, buna görə də yaxın vaxtlarda uşaqlara enerji içkilərinin satışının qadağan ediləcək.

Ölkənin Səhiyyə və Sosial Xidmət Nazirliyi apardığı araşdırmada, təkcə Britaniyada deyil, ABŞ və Kanada da daxil olmaqla, dünyanın müxtəlif regionlarında gənclərin enerji içkisi tədarükü ilə bağlı statistik göstəricilərin analizini aparıb.

Araşdırma zamanı aşağıdakı nəticələr daha çox diqqət çəkib:

  • Dünyadakı uşaqların təxminən yarısı, Birləşmiş Krallıqdakı uşaqların isə 1/3-i ən azı həftədə bir dəfə bu tip içkilər içir
  • Qız uşaqları ilə müqayisədə, oğlan uşaqları arasında enerji içkisi qəbul edənlərin sayı daha çoxdur.
  • Yoxsulluq ilə enerji içkisinin tədarükü arasında əlaqə var
  • Həftədə 5 və daha çox enerji içkisi qəbul etmə zehnin zəifləməsinə, eləcə də fiziki sağlamlığın zərər görməsinə, nəticədə dərslərdəki aktivliyə pis təsir göstərir.

Araşdırmanı aparan York Universitetinin mütəxəssisi Claire Khouja bildirib ki, "araşdırma nəticəsində enerji içkilərinin davamlı istifadəsinin uşaqların sağlamlığına ciddi zərər vurması ilə bağlı əsaslı sübutlar" aşkar edilib.

British Medical Journal nəşrinin ötən il yayımladığı bir məqalədə yazılır ki, daha çox enerji içkisi qəbul edən bir gəncdə ürək çatışmazlığı probleminin ortaya çıxıb.

21 yaşında bir universitet tələbəsi iki il davamlı olaraq, hər gün 500 ml enerji içkisi qəbul edib, nəticədə o, 58 gün xəstəxanada müalicə olunub.

Enerji içkiləri və onun tərkibi dünya miqyasında nəzarətedici qurumlar tərəfindən təhlükəsiz olaraq qəbul edilir.

Hansı içkidə nə qədər kafein var?

  • 500 qramlıq enerji içkisində - 160 milliqram (mq) kafein
  • 250 qramlıq enerji içkisində - 80 mq kafein
  • Bir fincan qəhvədə - 90 mq kafein
  • İkiqat espresso - 60 mq kafein
  • Bir fincan qara çayda - 50 mq kafein
  • Standart bir qutu kolada - 40 mq kafein
  • 50 qramlıq şokoladda - 25 mq kafein

Mənbə: BSDA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ