SON DƏQİQƏ

Azərbaycanda boşanmış qadın və tək ana olmaq: sterotiplər, qısnamalar, əxlaqsız təkliflər

Tarix:8-12-2021, 23:18

34 yaşlı Aytəkin Həsənova Azərbaycanda bu ilin ilk yarımilində boşanan 9700-ə yaxın şəxsdən biridir.


O uzun müddət boşanmaq haqqında düşünsə də, anası buna mane olub - ilk dəfə qızının boşanma istəyi barədə eşidəndə onu fikrindən yayındırmağa çalışıb, bu mümkün olmayanda isə qızının boşanmaması üçün "əlindən gələni edib".
Yetmişdən çox elana zəng etmişdim, birinci sual o olurdu ki, evdə kim qalacaq? Deyirdim mən və uşaqlarım. Ya deyirdilər ev artıq kirayə verilib, ya da başqa bəhanə gətirirdilər. Sonuncu zəngimdə dözməyib ağladım ki, mən axı pis iş görmürəm".

Ev alqı-satqısı ilə məşğul olan Ramal Quliyev BBC-yə deyir ki, evin kimə icarəyə veriləcəyi barədə qərarları mülk sahibi verir.

O söyləyir ki, ev sahibləri mənzillərini hər iki cinsdən tək yaşayan insanlara icarəyə vermək istəməsələr də, bu qaydalar əsasən qadınları "hədəfə alır".

"Tək yaşayan kişiyə kirayə mənzil tapmaq tək yaşayan qadına mənzil tapmaqdan daha asandır. Kişi yaxşı yerdə işləyirsə, pulu varsa, ev sahibinin fikrini dəyişmək olur, qadın olanda isə bu, çox çətin və uzun məsələdir. Deyirlər kişinin evinə bir qonaq gələndə heç kim heç nə demir, qadının evinə kim gəlir gəlsin, qonşular o saat şikayət edir. Əslində isə, qadınlar evi daha səliqəli saxlayırlar"

"Amansız"
Şəhla İsmayıl deyir ki, cəmiyyət boşanmış qadın və tək analara qarşı "çox amansız yanaşır" və onlara qarşı münasibət digər qruplara münasibətdən çox fərlənir.

Hüquq müdafiəçisi bu qrupdan olan qadınların işdən axşam saatlarında qayıtması belə onlar haqqında "çox pis danışılmasına kifayət etdiyini" bildirir.

"Boşanmanın özünə faciə kimi baxan bir cəmiyyətdə sözsüz ki, boşanmış qadına qarşı da çox ciddi reaksiya və təzyiqlər var. Ondan qat-qat yüksək etik normalar gözlənilir. Əgər evli qadınla boşanmış qadın evə eyni saatlarda gələrsə və bu, mentalitetə görə uyğunsuz saat olarsa, boşanmış qadın üçün dedi-qodu obyekti olmaq qat-qat daha realdır. Evli qadın haqqında deyirlər əri var, o baxsın. Boşanmış qadın əxlaqla bağlı hər zaman sorğu-sual olunur. Evli və ya subay qadınlara qarşı da qısnama halları olur, amma boşanmış qadına əxlaqsız təklif normal bir şey kimi təklif olunur".

Şəhla İsmayıl deyir ki, Azərbaycanda qadınlar əvvəlki illərə nisbətən özlərinə qarşı diskriminasiya, qanun pozuntusu, zorakılıq hallarını paylaşmağa daha çox meyillidirlər, ancaq bu, hələ trendə çevrilməyib.

O vurğulayır ki, bölgələrdə qapalı icma mühitləri olduğu üçün bu kimi məlumatları kənara çıxarmamağa, ört-basdır etməyə çalışırlar.

Azərbaycanda qadınlar niyə tək kirayə ev tutmaqda çətinlik çəkir?

Anası qızının gələcək taleyinin yan evdə qalan və illərdir "boşanmış qadın" damğası ilə yaşayan yaşlı qonşusu ilə eyni olacağından qorxub.

"Qonşuluqda Məryəm adlı yaşlı qadın var, çox sakit, fağır qadındır. Boşanıb deyə o vaxtdan hamı ona "boşanmış Məryəm" deyir. Anam elə hey ah-nalə elədi ki, "vay, qızımın adı çıxacaq, boşanmış Məryəm olacaq"".

Aytəkin atasını uşaq ikən itirib, bu səbəbdən də, anası boşanma məsələsi ortaya çıxanda deyib ki, "boşansan, başsız qalarıq".

O danışır ki, 25 yaşında olanda ailəsinin istəyi ilə öz qohumu ilə evlənib, evliliyin ilk 4-5 ili sakit keçsə də, sonradan keçmiş həyat yoldaşı alkoqol qəbul etməyə və onu döyməyə başlayıb.

"Hamı mənə deyirdi ki, ərin döyür, döyür də. Əsas odur boşanma, boşansan kimdir səni alan? Dayım gəlib deyirdi ki, boşanıb mənim papağımı yerə soxacaqsan, əxlaqsız olacaqsan, küçələrə düşəcəksən? Heç kimi başa sala bilmirdim ki, mən uşaqlarımın sakit həyatı üçün öz adımın ləkələnməsinə hazıram", iki uşaq anası olan Aytəkin deyir.

Kirayə ev məsələsi
Hüquq müdafiəçisi, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, Azərbaycanda cəmiyyət həm boşanmış, həm də tək analara neqativ baxır, onlara qarşı ictimai qınaq var.

Onun sözlərinə görə, həmin insanlar həyatlarının bir çox anlarında diskriminativ yanaşma ilə üzləşirlər.

"Məsələn, adi kirayə evi götürəndə cütlüklərə verirlər, tək olanda ya götürə bilmirlər, ya da hansısa qeyri-əxlaqi təkliflər olur. İşə götürməklə bağlı da ciddi qısnama olur. Nəinki tək analar və boşanmış qadınlar, hətta evlənməmiş və boşanmamış cavan qadınlar işə götürmədə çətinliklə üz-üzə qalırlar. Məsələn, qeyri-yazılı şərt qoyulur ki, müəyyən müddətdə uşağın olmayacaq, dekretə çıxma ehtimalın olmayacaq, əxlaqsız təkliflərə üz-üzə qalırlar, azyaşlı uşağı olanları işə götürmürlər və sair".

Aytəkin bu ilin yanvar ayında boşandıqdan sonra rayonda qohumları ondan "üz döndərib", orada iş tapmadığına görə də Bakıya köçüb və dərzilik öyrənməyə başlayıb.

O deyir ki, Bakıda kirayə ev elanları üçün zəng edəndə birbaşa səbəb göstərilməsə də, ona "ərsiz" qadına ev verilmədiyi izah olunub.

"Yetmişdən çox elana zəng etmişdim, birinci sual o olurdu ki, evdə kim qalacaq
Qanunda "boşanmış qadın" statusu yoxdur"
Vəkillər Kollegiyasının üzvü, ABŞ Dövlət Departamenti tərəfindən "Cəsarətli qadınlar" mükafatına layiq görülmüş Şəhla Hümbətova deyir ki, Azərbaycan qanunvericilində "boşanmış qadın" statusu və subay insana qarşı "xüsusi normalar yoxdur".

"Məsələn, adam subaydır deyə ona ev kirayə vermək olmaz və sair deyə bir norma yoxdur. Əgər praktikada belə şeylər baş verirsə, bu, həmin şəxslərə qarşı diskriminasiya və hüquq pozuntusudur. Evi kirayə verən adamın özünün şərtləri ola bilər, ancaq sırf şəxsin boşanmış olduğuna görə kirayə vermirsə, həmin qadın ona qarşı diskrimativ münasibətlə bağlı hüquqi addımlar ata, şikayət edə bilər".
"Qanunda "boşanmış qadın" statusu yoxdur"
Vəkillər Kollegiyasının üzvü, ABŞ Dövlət Departamenti tərəfindən "Cəsarətli qadınlar" mükafatına layiq görülmüş Şəhla Hümbətova deyir ki, Azərbaycan qanunvericilində "boşanmış qadın" statusu və subay insana qarşı "xüsusi normalar yoxdur".

"Məsələn, adam subaydır deyə ona ev kirayə vermək olmaz və sair deyə bir norma yoxdur. Əgər praktikada belə şeylər baş verirsə, bu, həmin şəxslərə qarşı diskriminasiya və hüquq pozuntusudur. Evi kirayə verən adamın özünün şərtləri ola bilər, ancaq sırf şəxsin boşanmış olduğuna görə kirayə vermirsə, həmin qadın ona qarşı diskrimativ münasibətlə bağlı hüquqi addımlar ata, şikayət edə bilər".

Azərbaycan qadınlara qarşı zorakılığa dair sənədi niyə imzalamır?
İstanbul Konvensiyası nədir və qadınları necə qoruyur?
Lakin hüquqşünas deyir ki, ayrı-seçkilik edən tərəf adətən imtinanın birbaşa səbəbini göstərmədiyi üçün bunu mübahisələndirmək çətin olur.

"Kirayə verən, işə götürənin sənə sırf boşanmış qadın və ya tək ana olduğun üçün imtina etdiyini sübut etmək lazımdır. Qarşı tərəf tam başqa səbəb də göstərə bilər, çünki işə götürən adam bilir ki, həmin səbəbə görə imtina hüquqi qanunsuzluqdur. Kirayə verən adam da deyəcək ki, mən sadəcə mənzili kirayə vermək haqqında fikrimi dəyişdim".

Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşulub.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən BBC News Azərbaycancaya deyilib ki, Azərbaycan qanunlarında cinsi ayrı-seçkiliyə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, "həyatın müxtəlif sahələrində, xüsusilə də ailə həyatında müxtəlif formalarda ayrı-seçkiliyin təzahürləri hələ də mövcuddur".

Qurum bildirib ki, ölkədə bu istiqamətdə qanunvericilik aktları təkmilləşdirilir, institusional mexanizmlər formalaşmışdır və maarifləndirmə işləri aparılır.

Azərbaycan Konstitusiyası və qəbul edilmiş digər qanunlar cinsi ayrı-seçkiliyi qadağan edir.

Avropa Şurasına üzv dövlətlərin həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə əsasən, ayrı-seçkilik etməmək öhdəliyi var.

Azərbaycan "İstanbul Konvensiyası" kimi tanınan, Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" konvensiyaya qoşulmayıb.

Konvensiya iştirakçı ölkələrdən qadın və kişilərin bərabərliyi prinsipini milli konstitusiyalarına və ya digər müvafiq qanunvericiliyə daxil etməyi və bu prinsipin həyata keçirilməsinin təmin olunmasını, qadınlara qarşı ayrı-seçkiliyi qadağan edilməsini və qadınları diskriminasiya edən qanunların ləğv olunmasını tələb edir.
Tək ana olmaq
"Azərbaycanda tək ana olmaq o deməkdir ki, bu istəyin elə başından həyatının sonunadək mübarizə aparacaqsan. Evdə, küçədə, işdə, məktəbdə, hər yerdə sənə ana olmaq istəyən biri kimi yox, əxlaqsız biri kimi baxacaqlar. Bütün məsələ qalır qıraqda, təkcə sənin toydan qabaq uşaq doğmağın danışılır. Hər adama başa salmalı olurdum ki, tək ana olmaq ayıb deyil, bu, mənim seçimimdir", Bakıda yaşayan 37 yaşlı tək ana Lamiyə Hüseynova deyir.

Lamiyə deyir ki, yaşı daha az olsaydı, bəlkə də bütün bu əziyyətin, təzyiqlərin qarşısını almaq üçün bir az da gözləyə, bəlkə də evlənmə ehtimalını düşünə bilərdi, amma deyir ki, "buna vaxtı yox idi".

O, aralarındakı fikir ayrılığına görə bir müddət ailəsindən kənarda yaşamalı olub, daha sonra onlarla barışıb.

Gənc ana "Azərbaycan cəmiyyətinin bu kimi addımlara hazır olmadığını", bir çoxları tərəfindən "qınanıldığını" söyləyir.

"Uşağı havaya çıxarıram, parkda qadınlarla söhbətləşəndə evli olmadığımı biləndə birinci susurlar, sonra qınayıcı baxışlarla uzaqlaşırlar. Çox böyük şirkətdə işləyirdim, birbaşa qınaya bilməsələr də, təəccüblə baxıb, şüuraltı olaraq sorğu-sual edirdilər. Əvvəl qonşular da qınayırdılar, söz-söhbətlər mənə gəlib çatırdı. İndi daha heç nə demirlər. Bilmirəm fikirlərini dəyişiblər, ya yorulublar", - Lamiyə gülümsəyir.

O deyir ki, hərdən qınanılmaqdan yorulsa da, öz seçimi üçün peşman deyil.

Lamiyə düşünür ki, əslində, Azərbaycanda reproduktiv yaşı keçmək üzrə olan bir çox qadınlar evlənməsələr də, ana olmaq istəyərdilər, sadəcə cəmiyyətin reaksiyasından qorxduqları üçün bu fikri ümumiyyətlə variant hesab etmirlər.

Qadın və nida işarəsi: "redaktə” olunmalı münasibətlər
Qadın elmi işçilərin irəli getmələrinə nə mane olur?Daxili İşlər Nazirliyi deyir ki, 2021-ci ildə polisin qaynar xəttinə ailə münaqişəsi və məişət zorakılığı ilə bağlı 8 minə yaxın məlumat daxil olub, 602 qadın əri tərəfindən döyülüb.
Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov bildirib ki, bu ilin 9 ayı ərzində qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın ölüb, 24-ü xəsarət alıb.

Aytəkin Həsənova "bütün tənqid və ayrı-seçkiliyə baxmayaraq" illərlə üzləşdiyi zorakılıqdan qaça bildiyi üçün özünü şanslı və xoşbəxt hiss edir.

O hesab edir ki, ailələr və cəmiyyət zorakılıq görmüş qadınların bundan qaçmaq üçün boşanmaq istəklərinin qarşısında "sədd qurmamalı", onları və gələcək nəsilləri daha qorumağa çalışmalıdırlar.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ