SON DƏQİQƏ

Daşınmaz əmlak bazarında son vəziyyət: Nələr bahalaşıb?

Tarix:14-09-2021, 09:56

"Avqust ayı ərzində daşınmaz əmlak bazarında qiymətlərdə dəyişiklik olmayıb. Amma ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə 8.42%-lik qiymət artımı qeydə alınıb”.


Bunu  açıqlamasında "MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov avqust ayında daşınmaz əmlak bazarında müşahidə edilən vəziyyətlə bağlı danışarkən deyib.

 

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 2.95, il ərzində isə1.73% azalma müşahidə olunub:

 

"İlkin mənzil bazarında ay ərzində 1.93%, il ərzində 12.18% artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 6.76% artım, il ərzində 5.39% artım qeydə alınıb.

 

Kommersiya obyektləri bazarında ay ərzində 0.15%-lik artım, il ərzində 11.57% artım müşahidə edilib. Torpaq bazarında isə ay ərzində 3.78% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə əksinə, 2.87%-lik azalma qeydə alınıb”.

 


 

Ekspert onu da deyib ki, mənzillərin kirayəsinə gəlincə, ay ərzində 0.36%, il ərzində 3.47% artım olub. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 0.66%, il ərzində isə 7.69%-lik azalma var.

 

Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 0.17% artım, il ərzində 14.02% artım qeydə alınıb. Tikinti malları bazarına gəlincə, ay ərzində 0.73% artım, il ərzində isə 12.53 % artım müşahidə edilib”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ