SON DƏQİQƏ

100 il əvvəl sultanlıq necə ləğv olundu?

Tarix:5-11-2022, 21:29 | Oxunub: 235

100 il əvvəl - 1922-ci ilin noyabr ayının 1-də altı əsrlik Osmanlı imperiyasının varlığına son qoyuldu. Noyabrın 17-də sonuncu Osmanlı Sultanı Britaniyanın köməyilə İstanbulu tərk etdi.


Birinci Dünya müharibəsindən sonra Anadoluda işğala qarşı başlamış milli mübarizə hərəkatı cümhuriyyət quruculuğuna yol açdı.

Bəs 20-ci əsrin əvvəllərində "sultanlıq" ideyası artıq populyarlığını itirirdimi? Mustafa Kamal Samsuna gedəndə cümhuriyyət qurmağı planlaşdırırdımı?
1922-ci il noyabrın 1-də sultanlıq necə ləğv edildi, ictimaiyyət və ziyalılar buna necə reaksiya verdilər?
Sultanlığın ləğvi cümhuriyyət quruculuğuna yol açan ən mühüm dönüş nöqtələrindən biridir. Amma noyabrın 1-də çoxları fikirləşirdi ki, xəlifə zəif bir dövlət başçısı olaraq hakimiyyətdə qalmağa davam edəcək" - tarix elmləri doktoru, dosent Ahmet Kuyaş belə deyir.

"Vahdettinin qərarları cümhuriyyətçilərin sayını artırdı"
Birinci Dünya müharibəsinin sonunda dağılan dörd böyük imperiyadan biri də Osmanlı İmperiyasıydı.
konstitusional dayağı olmayan bir xəlifə olsun".

"Məsələn, oktyabrın 19-da Refet Paşa Şərqi Trakyanı hansısa şəkildə idarə etmək üçün İstanbula gəlib və heç bir çıxışında sultandan və sultanlıqdan bəhs etməyib, sadəcə xəlifədən danışıb. Zəif xəlifə hakimiyyəti sisteminin memorandumunu İstanbul hökumətinin bir nazirinə verib. 22-23 oktyabrda - Lozannadan dəvət hələ yenicə gəlmiş günlərdə İstanbul qəzetlərində sultanlığın ləğv ediləcəyi və fərqli konstitusiya quruluşunun qəbul olunacağına müsbət yanaşan baş məqalələr dərc olunur, "Şəxsi səltənət ləğv olunacaq, milli səltənət qurulacaq" yazılır".

"Bu o deməkdir ki, qərar noyabrın 1-dən xeyli əvvəl qəbul edilib və İstanbulun Ankara administrasiyasına tabe olmayan aparıcı jurnalistlərini də buna inandırıblar".

Kuyaş onu da vurğulayır ki, sultanlığın ləğv edilməsi konstitusiyalı, yəni parlamentli monarxiyaya son verilməsi demək deyildi:

"1922-ci il noyabrın 1-də sultanlığın ləğvinə parlamentdə çox adam səs vermişdi, amma onların əhəmiyyətli bir hissəsi xəlifənin dövlət başçısı olacağını düşünürdü".

İngilislər hələ 1919-cu ildə Atatürkə "respublikaçı general" deyirdilər

Kuyaşın sözlərinə görə, "Mustafa Kamal Samsuna getməzdən bir ay əvvəl - aprel ayında Britaniya kəşfiyyatı öz hesabatında onu "cümhuriyyətçi general" kimi təqdim edib", Ərzurumda hələ qurultay başlamamış respublika haqqında söhbətlər olub:

"Süleyman Necati Günerinin xatirələrində çox gözəl bir lətifə var. Mustafa Kamal Ərzurum ətrafında dolaşırmış. Albayraq məktəbinin şagirdləri onu görən kimi yanına gəliblər və "Yaşasın cümhuriyyət" deyə qışqırıblar. Demək ki, onların müəllimi cümhuriyyətçiymiş.Yəni 1919-cu ildə uğur qazanacağı halda Mustafa Kamalın respublika qurmaq istədiyini əminliklə deyə bilərik".

Hərçənd İstanbulda baş verənləri sevinclə qarşılayanlar qədər bundan qorxanlar da olub.

"Vahdettinin qərarları cümhuriyyətçilərin sayını artıracaq və Anadoludakılar uğur qazanarlarsa, 1909-cu ildəki kimi sultanı dəyişməklə kifayətlənməyəcək, taxt-tacı da ləğv edəcəklər - bəziləri belə düşünüb" - Kuyaş belə deyir.

nəzarət olunmasını istəmirdi"

Əvvəlcə sultanlığın ləğv edildiyini, sonra cümhuriyyətin elan olunduğunu, ardınca xilafətin ləğv edildiyini, ən sonda isə konstitusiyanın hazırlandığını vurğulayan Kuyaş deyir ki, "Anayasanın qəbulu üçün üçdə iki səs çoxluğu lazımıydı və bunu təmin etmək hər iki tərəf üçün çox çətiniydi. Parlamentdə respublikanın lehinə 158 nəfər səs vermişdi - üçdə ikidən xeyli az. Bunu unutmaq olmaz.

Ziya Gökalp hələ Böyük Hücumdan əvvəl - iyul ayında dərc etdirdiyi məqaləsində yazırdı ki, "Sarayın keçmişi nə qədər şanlı və parlaq olursa-olsun, düşmənlərlə işbirliyi üzə çıxanda bütün bu şöhrətini, parlaqlığını itirəcək" yazırdı.

"Deməli, Ziya Gökalp bəy hələ zəfərdən əvvəl sarayı aradan çıxarmışdı. Sultanlığın ləğvi planları ortaya çıxanda hətta ittifaqçı olmayan Əhməd Emin Yalman kimi məşhur jurnalist də bunu müsbət qarşılamışdı.

O günlərdə yeni konstitusiya hazırlanacağı və xəlifənin zəif dövlət başçısı kimi mövcudluğunu davam etdirəcəyi fikri səslənsə də, Mustafa Kamal bunu istəmirdi. Çünki belə vəziyyət bir növ konstitusiyalı monarxiyanın davamı olacaqdı.

Respublika yaradılması tərəfsiz, partiyasız dövlət başçısından qurtulmaqdır. Bu, parlamentdə üstünlüyə tam nail olmuş qrupa imkan verir ki, heç bir maneə və nəzarət olmadan istədiyi kimi siyasət yürütsün.

Sultanlığın və xilafətin ləğv edilməsi bəzi ciddi islahatlar zamanı ortaya çıxmış etirazlarla qarşılanmayıb. Hətta sultanlığın ləğvini istəməyənlər də bir müddət sonra "Yaxşı, belə də olar, canım" deyi



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ