SON DƏQİQƏ

Rusiyanı bütün beynəlxalq təsisatlardan murdar süpürgə ilə süpürüb atmaq lazımdır..."

Tarix:19-10-2022, 23:49 | Oxunub: 480

"Bütün dünya Putinə və Rusiyaya şiddətlə nifrət edir..."
 
"Problemin əsaslı həlli çoxdan yetişib: Putinin bunkerlərinə bir neçə raket buraxmaq lazımdır..."
 
"Hitler dönəmindən bəri dünyada Putin soyadında xırda nacins qədər nifrət doğuracaq varlıq olmayıb..."
 
 
Tanınmış sovet və rusiyalı jurnalist, musiqi tənqidçisi, tele və radio aparıcısı Artemiy Troitski videomüraciət yayaraq, Kreml rəhbərinin bunkerlərinə "bir neçə raket" buraxıb onu və onunla birgə Ukraynada qanlı müharibə aparanları qətlə yetirməyi təklif edib.
 
 Onun videomüraciəti rusiyalı jurnalist Aleksandr Nevzorovun "Telegram-kanal"ında dərc edilib.
 
O, həmçinin Rusiya Federasiyasını bütün beynəlxalq təsisatlardan qovmağı təklif edib.
 
"Bütün dünya Putinə şiddətlə nifrət edir, ümumiyyətlə, Rusiyaya şiddətlə nifrət edir.
 
Yəni, düşünürəm ki, Hitler dönəmindən bəri bütün dünyada Putin soyadında xırda nacins qədər nifrət doğuracaq varlıq olmayıb", - Troitski öz bəyanatını bu sözlərlə başlayıb və Rusiya prezidenti və onun silahdaşlarına qarşı əsaslı tədbirlər görməyi təklif edib.
 
"Bu problemin çoxdandır əsaslı həlli yetişib, bu da Putinin bunkerlərinə bir neçə raketin buraxılmasından ibarətdir. 
 
Bu nacinsi, sadəcə, məhv etmək üçün. Rusiya terrorçu dövlət və ya, onların dediyi kimi, "terrora sponsorluq edən" dövlət kimi tanınmalıdır. 
 
Putini və müharibəni qızışdıran bütün bu generallar, qatillərin hamısı hərbi cinayətkar kimi tanınmalıdır", - Troitski təklif edib.
 
Onun sözlərinə görə, təkcə Rusiya prezidenti deyil, Rusiya Federasiyası bütövlükdə beynəlxalq birlikdən təcrid edilməlidir.
 
"Rusiya Federasiyasını bir dövlət kimi Birləşmış Millətlər Təşkilatından, təbii ki, onun Təhlükəsizlik Şurasından və, təkrar edirəm, bütün beynəlxalq təsisatlarından murdar süpürgə ilə süpürüb atmaq lazımdır.
 
Yəni, emosional olaraq Rusiya izqoy dövlətdir, buna söz yoxdur. Sadəcə, indi bunu hüquqi, diplomatik və digər formal üsullarla
möhkəmlətmək və təsdiq etmək, sertifikatlaşdırmaq lazımdır. Bax, ilk növbədə bunu etmək lazımdır", - rusiyalı jurnalist sözlərinə yekun vurub.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ