SON DƏQİQƏ

Boris Johnson vidalaşdı. O bundan sonra nə ilə məşğul olacaq?

Tarix:6-09-2022, 23:12 | Oxunub: 336

Boris Johnson üç ildən bir az artıq müddət ərzində çalışdığı Britaniyanın Baş naziri vəzifəsindən getdi. Xarizmatik və ziddiyyətli "brexit"çi indi nə ilə məşğul olacaq?

Johnson-un bioqrafı Andrew Gimson əmindir ki, Johnson açıq-aşkar elə adam deyil ki, istefa verdikdən sonra sakitcə bir kənara çəkilsin və özünü yerli kilsə üçün xeyriyyə işlərinə həsr etsin.

Jurnalistika və yazıçılıq
Siyasətə gəlməmişdən əvvəl Johnson tanınmış və çox yaxşı qazanan bir jurnalist idi, o, siyasətçi olaraq da qəzet və jurnallara yazmağa davam edirdi və yalnız Baş nazir olduqdan sonra bu məşğuliyyətini tərk etdi.
Daily Telegraph" qəzeti ona həftəlik köşə yazılarına görə ildə 275 min funt sterlinq (541 min AZN) ödəyirdi. İndi mümkündür ki, müxtəlif nəşrlər Johnson üçün mübarizə aparsınlar - kim daha çox ödəyəcək.
Bundan əlavə, Johnson memuarlarını yazmaq istəyə bilər ki, bu, sabiq Baş nazirlər üçün zəmanətli gəlirin ənənəvi üsuludur. Mütəxəssislər ehtimal edirlər ki, nəşriyyatlar bu kitab üzərində hüquqa malik olmaq üçün ən azı bir milyon funt sterlinq (1.9 mln AZN) ödəyə bilərlər.

Johnson artıq səkkiz kitab (köşə yazıları məcmuəsi da daxil olmaqla), o cümlədən pərəstiş etdiyi Winston Churchill-in tərcümeyi-halını və "Yetmiş iki bakirə" siyasi satirasını yazıb.

Lakin ilk növbədə, xatirələrə başlamazdan əvvəl, William Shakespeare-in bioqrafiyasını bitirməyi yaxşı olardı. Johnson onu artıq yeddi ildir ki, yazır.

"Hodder & Stoughton" nəşriyyatı gələcək "Shakespeare: Dahinin tapmacası" kitabına sahib olmaq hüququnu 2015-ci ildə yarım milyon funt-sterlinqə (980 min AZN) alıb və kitab 2016-cı ildə çapını gözləyirdi.

Lakin o zaman Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirildi, sonra Johnson xarici işlər naziri və bunun ardınca Baş nazir oldu, bir sözlə, kitabın nəşri təxirə salındı.

"Shakespeare [kitabı-red.] - hakimiyyətdən və nə zaman üsyan edib kralı öldürməyin vaxtından bəhs edir. Və indi, öz partiyası Johnsona qarşı qalxdığı zaman, yəqin ki, onun kitabının sonu hazırdır", - Andrew Gimson deyir.
Nitq qastrolları

Sabiq Baş nazir ictimai çıxışlarla da yaxşı pul qazana bilər. Johnson-un sələfi Theresa May bu il ərzində 9 çıxışına görə 715 min funt sterlinq (1,4 mln AZN) alıb.

Johnson da artıq bu sahədə təcrübəyə malikdir. 2019-cu ilin martında, o, Theresa May hökumətini tərk edəndən sonra, bank işçiləri və Hindistan media şirkətinin iclasındakı cəmi iki çıxışına görə 160 min funt-sterlinqdən (313 min AZN) çox ödəniş almışdı.

"Şübhəsiz ki, o, çox yazacaq və çıxış edəcək", - Johnson-un həm London meri, həm də Baş nazir olarkən müşaviri işləyən lord Udny-Lister deyir.

Onun fikrincə, Johnson özü üçün vacib olan mövzularda, məsələn, Ukrayna və onun Rusiya ilə mübarizəsində Avropanın qərarlı dəstəyinin vacibliyi haqqında çıxışlar edəcək.

"Görünür, Boris Johnson-u pul və həmin pulun dostlarının çoxundan daha az olması narahat edir. Ona görə də o, vəziyyəti düzəltmək üçün əlindən gələni edəcək", - deyə London Queen Mary Universitetinin politologiya üzrə professoru Tim Bale ehtimal edir.

Siyasətdən kənar duracaq?

Baş nazir vəzifəsindən gedən Johnson İcmalar Palatasındakı yerini qoruyub saxlayır. Onu çətin ki, yeni hökumətə nazir kimi dəvət etsinlər. Bu o deməkdir ki, Johnson-un yenidən "arxa kürsüdəki" (vəzifəsiz deputat) roluna qayıdacağı gözlənilir. London siyasətinə aidiyyəti olan insanlar Johnson-un David Cameron kimi parlamenti və siyasəti tamamilə tərk edib-etməyəcəyi ilə maraqlanırlar.

"Mən düşünmürəm ki, o, tezliklə parlamentdən gedəcək", - Udny-Lister deyir. Həmçinin o şübhə edir ki, Johnson İcmalar Palatasının yuxarı cərgəsindəki kürsüsündən hökuməti tənqid və ya tərifləyən adi deputat roluna uzun müddət dözsün.
Johnson-un Baş nazir postundan istefasına səbəblərindən biri də pandemiya zamanı hökumət iqamətgahında ziyafətlərlə bağlı qalmaqallar olub. Buna görə, onun deputat hüquqları dayandırıla bilər. Buna deputatlar komissiyası qərar verməlidir ki, o, parlamenti bilərəkdən aldadıb ya yox. Həmçinin Johnson Londonun şimal-qərbindəki seçki dairəsində növbəti (cədvələ görə 2024-cü ildəki) seçkiləri qazanmaya da bilər.

Qayıdış
Boris Johnson İcmalar Palatasında "Baş nazirə suallar" hissəsindəki çıxışını "hasta la vista, baby" sözləri ilə bitirib. O, həmçinin siyasətdəki planlarına daha birmənalı işarə edən Terminator filmindəki memi da yada sala bilərdi: "I'll be back" ("Mən qayıdacam").

Boris Johnson yenidən Baş nazir ola bilərmi və ya mühafizəkarlar növbəti seçkiləri uduzarsa, müxalifət lideri kimi qayıda bilərmi?

Mühafizəkarlar Partiyasının tarixinə dair kitabın müəllifi, professor Tim Bale hesab edir ki, Johnson-un qayıdışını istisna etmək olmaz, lakin bunun üçün mühafizəkarlar çox çıxılmaz bir vəziyyətdə olmalıdırlar.

"Əgər Boris Johnsonu geri çağırarlarsa, mən Mühafizəkarlar Partiyasının gələcəyinə görə narahat olmağa başlayaram", - Bale deyir.

Johnson-un həmsöhbəti Jacob Rees-Mogg yaxınlarda xatırladıb ki, Mühafizəkarlardan bir siyasətçinin partiya lideri və Baş nazir postunu tərk etdikdən sonra geri qayıtması William Gladstone dövründən bəri baş verməyib. O, üç dəfə fasilədən sonra Baş nazir kürsüsünə qayıdıb, lakin bu, XIX əsrin ikinci yarısında baş vermişdir.

Lakin Johnson-un bioqrafı Andrew Gimson hesab edir ki, burada tarixi paralellər və presedentlər vacib deyil.

"Necə davranmağından asılı olmayaraq, Boris Johnson-un kultu qalacaq. İkinci və ya üçüncü fasilədən sonra da bir çoxları yenidən Baş nazir olub", - Gimson deyir.
"Hamısı bir anda və artıqlaması ilə"

Boris Johnson lap əvvəldən və məqsədyönlü şəkildə siyasətdə köhnə qaydaları rədd edən bir insana bənzəməyə çalışıb. Buna görə indi istefasından sonra onun, sələflərinin getdiyi standart yollardan biri ilə addımlayacağını təsəvvür etmək çətindir.

"O, heç vaxt "bu olmasa, o olsun" deyən bir insan olmayıb, həmişə "həm də bu olsun" deyən birisi olub, - deyə Gimson izah edir. - İstefadan sonra nə ilə məşğul olmağından asılı olmayaraq, düşünürəm ki, o, çox məşğul adam olacaq. O, işsizliyə tab gətirən deyil."

Professor Bale bununla razılaşır. Onun fikrincə, Johnson həm siyasətdə qalmaq, həm də zirvəyə qayıtmaq barədə qərar verə bilər. Eyni zamanda o, köşə yazıları, ədəbi iş və ictimai çıxışlarla pul qazana bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ