SON DƏQİQƏ

İşxan Verdyan: “Mən Azərbaycanın Xankəndi şəhərində yaşamaq və işləmək istəyirəm” -

Tarix:4-08-2022, 19:59 | Oxunub: 256

"xəyanəti” simvollaşdırır. Hətta belə bir termin də yaranıb – "işxanizasiya”. Belə bir hadisə olub: İrəvandakı dostlarım təsadüfən Qarabağdan olan bir adamla tanış olub, o, söhbətdə mənim şəklimi göstərib və Qarabağ ermənilərinin məni axtardığını deyib. Başqa bir təbəqə də var ki, açıq-aşkar cinayətkarlardır, təbii ki, Azərbaycan hökuməti bunu bilir. Amma mən onlara yox, Ermənistan ermənilərinə müraciət edirəm. O ki qaldı Qarabağın erməni millətindən olan sakinlərinə, mən dəfələrlə onların hüquqları mövzusunu qaldırmışam, çünki müəyyən şəraitə görə Xankəndidə qalacaq insanlar təbəqəsi var. Bəzilərinin atıb getmək istəmədiyi işi və ya mülkü var. Digərləri səhhətinə görə gedə bilməyəcəklər. Başqalarının sadəcə getməyə yeri yoxdur”,- deyə Verdyan izah edib.

- Azərbaycan vətəndaşlığını alsanız, özünüzü Xankəndidə hansı işdə görürsünüz? Hüquq müdafiəçisi-sülhməramlı, yoxsa söhbət hansısa inzibati funksiyalardan gedir?

- Əslində, mən özümü hansısa siyasi və ya ictimai xadim kimi görmürəm. Xankəndidə kompüter oyunlarını inkişaf etdirmək, kiçik studiya açmaq, rəssamları dəvət etmək üçün yaradıcı layihə etmək istəyirəm. Mən özüm proqramçıyam və artıq maraqlı ideyalarım, ssenarilərim və konsepsiyalarım var.

- Təhlükəsizlik məsələsi də var, çünki özünüz dediniz ki, Qarabağ ermənilərindən hədələr alırsınız...

- Mənə mənfi münasibət bəsləyənlər Xankəndidə, Azərbaycanda yaşamaq istəməzlər. Əminəm ki, onlar ya Ermənistana, ya Rusiyaya, ya da başqa yerə köçəcəklər. Onlara belə bir fürsət veriləcək və onlar öz istəkləri ilə Azərbaycanı tərk edəcəklər. Xankəndi həyat üçün təhlükəsiz şəhərə çevriləcək. Mən demirəm ki, bu, indi baş verəcək, amma olacaq və nə qədər lazımdırsa, gözləməyə hazıram.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ