Bu gəmi rusiyalı milyarder Əlişir Osmanovundur. Adı "Dilbər"dir. Dəyəri 600 milyon dollardır. Almaniya bu gəmiyə həbs qoydu.
Fransa isə dəyəri 120 milyon dollar olan "Rosneft"in şefi Igor Sechin-in 88 metrlik "Amore Vero" (həqiqi məhəbbət anlamı verir) yaxtasını müsadirə edib.

"BBC" qeyd edir ki, Böyük Britaniya da oxşar addımlar atmaq zorundadır. Bu məsələ ilə bağlı Britaniyaya təzyiqlər güclənib...