SON DƏQİQƏ

“Doğum günümdə dünyasını dəyişdi, ad günüm kədərli notlara kökləndi..."

Tarix:19-07-2022, 11:14 | Oxunub: 471

"Bu gün 61 yaşım tamam oldu. Doğum günümü yaxınlarımın, ailə üzvlərimin, dostlarımın ətrafında qeyd etdim. Böyük və yubiley ad günləri qeyd etmirəm. Bir dəfə 55 illik yubileyimi təntənəli, toy günü kimi qeyd etdim. Ələkbər Kazımovski həmin gün mənim ad günümdə rəhmətə getdi. Ad günüm bir anlıq kədərli notlara köklənmişdi. Amma sənət yoldaşlarım və rejissorun ailə üzvləri dedi ki, siz doğum gününüzdən geri qalmayın, necə lazımdırsa qeyd edin. Artıq qonaqlar da hamısı gəlmişdilər. Həqiqətən çox pis oldum, o qədər ağladım ki,

Bunu "dogru.tv" Moderator.az-a istinadən açıqlamasında əməkdar artist Nahidə Orucova deyib. O daha sonra əlavə edib.
 
"Ən böyük arzularım hər zaman olduğu kimi yenə də sənətimlə bağlıdır. Mən özümü bu sənətsiz təsəvvür edə bilmirəm. Bu sənətlə qanım-canım yoğrulub. Özümü heç 61 yaşında hiss etmirəm, elə bilirəm ki, 20-25 yaşım var. Heç kimə paxıllıq etməmişəm, hər zaman problemlərdən uzaq qaçmışam” deyə sənətkar bildirib.
 
Sənətçi qeyri-peşəkarlardan da söz açıb.
 
"Bizim sənətimiz çox çətindir, yəqin ki, kənardan bir çoxuna asan gəlir. Sənətçi savadla, danışıqla olurlar, sosial şəbəkələrdə aktivlik hansısa sənətin göstəricisi deyil. Bu sənətin o qədər böyük xırdalıqları var ki, onları bilmədən necə səhnəyə çıxıb, özünə "mən aktyoram” deyə bilərsən? Fitri istedaf tamam başqadır, o vaxt bir çox sənətkarlarımız fitri istedadları sayəsində böyük sənətkar titulunu qazanıblar” deyə aktrisa bildirib
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ