SON DƏQİQƏ

“Körpə uşaq istəmədim, inşallah 12 yaşlı bacım qızını rəsmi şəkildə övladlığa götürəcəm”

Tarix:10-09-2021, 16:12

Dünən bir çox saytlarda aktrisa-aparıcı Zümrüd Qasımovanın övladlığa uşaq götürməsi ilə bağlı xəbərlər yayılıb.
 
Sənətçi açıqlamasında həmin qızı hələ ki, rəsmi şəkildə övladlığa götürmədiyini bildirib.

"Bacım qızı Gülsabah hər zaman mənimlə yaşayıb, 3 yaşından yanıma gəlib-gedib. O doğulanda hamı deyirdi ki, sənin qızındır, çünki mənə çox bağlı idi. Elə o bağlılıq da onu mənim yanıma gətirdi. Hələ ki, rəsmi şəkildə övladlığa götürməmişəm, amma mənimlə birlikdədir. Həftənin şənbə və bazar günü anasıgilə gedir. Bacımın 3 övladı var, dedim ki, sənin uşağın var, onu mənə ver. Bir başqa qardaşım və bacımın da övladları var, hamısını çox istəyirəm, amma bu qız mənim üçün başqadır. 12 yaşı olmasına baxmayaraq, çox müdrik bir qızdır, rəfiqəmdir. İnşallah ki, o qızı rəsmi övladlığa götürəcəyəm”, - deyə Zümrüd Qasımova bildirib. O daha sonra əlavə edib.
 
"Heç vaxt uşaq evindən körpə övlad götürüb saxlamaq istəməmişəm. Hər zaman düşünmüşəm ki, övlad götürüb saxlasam, ən azı 4 yaşı olsun ki, hər şeyi dərk etsin. Hamı körpə uşaq istəyir, bəs o biri uşaqlar yazıq deyil? Uşaq dünyaya gətirib-gətirməməsindən asılı olmayaraq, hər bir qadın analıq hissi, dünyaya uşaq gətirmək üçün yaradılıb. Qadınlar daha böyük işlər görə bilər, amma onların ən böyük işi dünyaya övlad gətirməkdir. Heç vaxt ana ola bilməməyimi özümə dərd etməmişəm. Yəqin ki, Gülsabah olduğuna görə o mənim üçün heç vaxt faciə olmayıb. Gülya o analıq hisslərinin hamısını mənə yaşadıb. Elə digər bacımın, qardaşımın da uşaqları. Düşünürəm ki, analıq hissi mənim üçün yad deyil. Gülsabah yoldaşımdan sonra mənə gündə 50 dəfə yığıb maraqlanan insandır. O həm mənim qızımdır, həm də dostum. Çox istərdim ki, xoşbəxt olsun, əlindəkilərin, sevdiklərinin qədrini bilsin. Dərslərini yaxşı oxuyur, arzum budur ki, gələcəkdə xaricdə təhsil alsın. Allah mənə ömür versin qızımın toyunu görüm”, - deyə sənətçi bildirib.
 
Zümrüd Qasımova yeni mövsümə hazırlıqdan da danışıb.
 
"Yeni mövsümdə yenə də "Xəzər" televiziyasında "Dönə bilsəm” verilişi ilə tamaşaçıların görüşünə gələcəyəm. Verilişimiz gözəldir, baxımlıdır. Tamaşaçılar tərəfindən sevildiyinə görə rəhbərlik tərəfindən belə qərar verildi ki, davam etsin. Sağ olsunlar, digər kanallardan da məni yeni mövsüm üçün dəvət etmişdilər, hamısına diqqət göstərdiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bu mövsüm daha da maraqlı olacaq”, - deyə Zümrüd Qasımova bildirib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ