Bu gün Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin balansında olan Gəndov-Xacmaz- Yalama-Rusiya Federasiyasi Dövlət Sərhəddi Avtomobil yolunda avtomobillərin hərəkətinə mane olan quru və qəzalı ağacların budanmasina başlanilib.Qurumun tabeliyində olan Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşlarinin yolda hərəkətin təhlükəsizliyini təmin etməsi ilə birlikdə 1 N°- li Regional Avtomobil Yollarının Yaşıllaşdırılmasi və Ekologiyası MMC tərəfindən quru və qəzalı aqaclar aqrotexniki qaydalara uyğun olaraq budanmişdır.Bu işlərin bu ay Şimal bölgəsindəki digər respublika əhəmiyyətli avtomobil yollarında da həyata keçiriləcəyi bildirildi.