SON DƏQİQƏ

Vilayət Eyvazov Xaçmazda vətəndaş qəbulu və sıra baxışı keçirdi

Tarix:17-12-2022, 17:22 | Oxunub: 309

Daxili İşlər Nazirliyindən "Dogru.tv" yə erilən məlumata görə, nazir Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından qəbula gələn 143 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

 
 
 
 

 

Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını bildirən sakinlər onların müraciətlərinə obyektiv yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.

Həmin gün general-polkovnik V. Eyvazov adıçəkilən rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı da keçirib.

Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 152 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 55-i Vətən müharibəsi iştirakçısı olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ