Quba- Xaçmaz RTİ ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, məktəblərdə mövcud problemləri öyrənmək və aradan qaldırmaq, həmçinin məktəb direktorlarında innovativ və çevik idarəçilik formalaşdırmaq məqsədilə 3 günlük təlim- seminarlar təşkil etmişdir.
İlk qrup üçün olan məşğələlərə bu gün yekun vurulmuşdur.
Bu məşğələlərdə Xaçmaz, Şabran, Siyəzən, Qusar və Quba rayonunda yerləşən 35 ümumtəhsil müəssisəsinin direktoru iştirak etmişdir.
Təlim- seminarlar növbəti həftələrdə də davam edəcəkdir.