SON DƏQİQƏ

Qızqayıt Həsənli

Tarix:13-08-2022, 06:12 | Oxunub: 290

               Ana
Qoyub gedəcəkdin yadlar əlində
Günahmız nə idi nə idi, ana. 
Nəfəsin qoxusu qalıb telimdə
Unuda bilmirəm səni, ay 

Bilmədik yerini getmisən, hara.
Allaha yalvardıq bəlkə bir çara
Uşaq dünyamızı çəkdilər dara.
Günahkar bildilər bizi, ay ana.

Dərd yetirən bağçalarda bitərdik,
Bənövşənin qəm yükünü. çəkətdik.
Göz yaşının nəm selində üzərdik
Daşımaq çətindir dərdi, ay, ana.

Çox əzablar gördük xəbərinsə yox,
Hər tənə ürəyə sancılan bir ox. 
Belə acılarla qanımız da tox.
Tuta da bilmirdik çəmi, ay ana

Günahkar axtardıq tapa bilmədik, 
Sənin gözlərindən öpə bilmədik 
Soyuq cəsədini görə bilmədik. 
Günahkar edrsən bizi, ay ana.

Şirin laylay İlə bəsləyib bizi, 
Bir ömür boyunca nazlayıb bizi.
Həyat yollarına səsləyib bizi,
Ər İğidlər yetirmisən, ay ana.

Ömrünü bizimçün xəzəl etmisən, 
Övlad sevgisini önə çəkmisən 
Bağında ən gözəl bar yetirmisən 
Ən şirin meyvəsin dərmisən, ana.

Qocalıq yükünü tez götürmüsən
Qırışdan üzünə naxış tökmüsən.
Gözünün nurunu bizə vermisən,
 Bizə dünyaları vermisən, ana.

Toy edib evinə gəlin gətirdin, 
Arzu isrǝyini kama yetirin.
Sevgi baharına çiçək əkirdin
Qönçə gülü bəsləmisən, ay ana.

Ən gözəl güllərdən çələng toxudun,
Nǝgməni güllərə zildən oxudun.
Nəvə sevincini hər gün qoxudun,
Ürəyini şam etmisən, ay ana.

Saçıma ələnmiş qüzeyin qarı, 
Bağından dərmişdin ən gözəl barı, 
İndi də olmuşadu qocaman qarı,
Əcəli şərbət tək içirsən, ana.

Qızqayıt Həsənli. (Şairə)

Atayeva Günay.
Baş redaktor.
"doğru.tv".
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ