SON DƏQİQƏ

Quba Bələdiyyə sədri Qubanin sosial-iqtisadi inkişaf tempinə öz işləri ilə töhfələr verir

Tarix:20-10-2021, 23:19

 Respublikamızın hər yerində fəaliyyət Proqramına çevrilmiş, Prezidentin fərmanı ilə təsdiq edilmiş Regionların sosial iqtisadi inkişaf proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində Quba şəhərində də ciddi işlər aparılır. Mövcud problemlərin çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.   

2020-ci ilin əvvəllindən başlamış koronavirus pandemiyası (Covid-19) ilə mübarizə aparan dünya ölkələri bütün resursları yeni tip virusun yayılmasının qarşısının alınmasına yönəldilib.
Azərbaycan Respublikasında da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün resurslarını pandemiyaya qarşı səfərbər edib.  
Quba şəhərində də koronavirus (Covid-19) pandemiyasına qarşı aparılan mübarizədə iştirak edən Quba Bələdiyyəsi ilk günlərdən öz fəaliyyətini kompleks tədbirlərin həyata keçirilməsinə istiqamətləndirmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirlən tədbirlərə dəstək vermişlər
Bunu bizimlə söhbətində Quba bələdiyyəsinin sədri Humayə xanım Məmmədova bildirir.
Bələdiyyə sədri müsahibəsində qeyd edir ki, bundan əlavə biz əsasən yeni salınmış məhəllələrdə yolların çəkilişinə, su və kanalizasiya xətlərinin qurulmasına, qaz və elektrik xəttləri ilə təmin edilməsinə çalışırıq.
Biz çalışacağıq ki, şəhərimizin əlaqədar təşkilatları, idarə və müəssisələri ilə birgə əlaqəli işimizi quraq doğma şəhərimizdə aparılan quruculuq, abadlıq işlərinin geniş vüsət almasına nail olaq.artiq buna da nail olmuşuq".
 Xanım Humayə Məmmədova qeyd edir ki Quba bələdiyyəsi mütəmadi iclaslar çağırır. Bu iclaslarda bələdiyyə üzvləri bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, tikinti materialları, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilmişdir.
 Ümumilikdə 12 nəfər imkansız , xüsusi imtiyazlı şəxslərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır və sənədləşdirilərək torpaq sahələri onların mülkiyyətinə verilmişdir.
Bundan əlavə mütəmadi olaraq Qəbiristanlıqların ərazisində təmizlik işləri aparılmış və temir işləri aparılmışdır.
Quba şəhəri Bələdiyyəsinin ərazisində olan bütün vergi ödəyiciləri (əhali və kommersiya) qeydiyyatda olub olmamsı və vergi yığılması ciddi nəzarətə götürülmüşdür.
Quba Bələdiyyəsinin qarşısındakı mərkəzi meydan parkında bütün çatışmamazlıqlar aradan qaldırılmış və fəvvarə təmir edilmişdir.
Bundan əlavə sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb, həmin siyahıya əsasən bayramlar ərəfəsində ərzaq bağlamaları paylanılmışdır. Beləki mütamadi olaraq 350 nəfərə yaxın aztəminatlı şəhər əhalisinə ərzaq yardımı verilmişdir.
  Ailə üzvləri əlil olan Ağabalayeva Sədaqət xanıma 3 sot fərdi mənzil üçün torpaq sahəsi ayrılmışdır.
Şəhər ərazisində olan bütün şəhid ailələri üçün yas mərasimlərinin təşkili məqsədilə ərzaq yardımı və maddi yardım verilmişdir.
4 şəhid ailəsinə fərdi mənzil tikintisi üçün pulsuz olaraq torpaq sahəsi ayrılmışdır.
Mikayılova Sürəyya Əzi qızı
Zeynalova Gülşad Şıxzadə qızı
Zeynalova Nabat Feyzi qızı
Mustafayev Vüqar Əlihüseyn oğlu
Bu il müddətində Quba bələdiyyəsi tərəfindən bir sıra abadlıq-quruculuq, təmir-tikinti işləri aparılmışdır.  
Şəhər ərazisində olan qazilərə ərzaq yardımı və müalicə üçün maddi yardım verilmişdir
- 3 nəfər Vətən müharibəsi iştirakçısına fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır. ( qeyd : onlardan biri polkovnik Nizami Mövlanovdur )   
   Yeni yaşayış massivində çınqılın daşınması və yayılması;
"ABAD HƏYƏT” layihəsi şərçivəsində ilk dəfə olaraq Heydər Əliyev prospekti 196 ünvanında 5 mərtəbəli binanın həyətində salınan park.
Heydər Əliyev parkında, Mərkəzi Meydan parkında və digər parklarda təmir içləri aparılmışdır
 Şəhidlər xiyabanının təmirində və digər abadlaşdırma işlərində Quba Bələdiyyəsi yaxından iştirak etmişdir.
Bundan əlavə 
Şəhər ərazisində sahibsiz itlərin yığılması məqsədilə Bələdiyyənin təşəbbüsü ilə " Sadiq Dost ” adı altında sığınacaq yaradılmışdır və sahibsiz küçə itlərinin şəhər ərazisindən yığılması mütamadi olaraq mərhələli şəkildə davam etdirilir.
Sonda bizimlə söhbətində Quba bələdiyyəsinin sədri Humay Məmmədova qeyd etdi ki, 
"Biz görülmüş işləri sadalamaqla kifayətlənməməliyik. Görülmüş işlərə nəzər yetirməklə mövcud problemlərin aradan qaldırılması üçün yollar axtarmalıyıq. Biz çalışmalıyıq ki, bu istiqamətdə öz işimizi şəhər nümayəndəliyi ilə birgə quraq, şəhər ictimaiyyətinin köməyinə arxalanmaqla doğma Qubanin abadlaşdırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsində apardığı geniş miqyaslı işlərə öz töhfəmizi verək"
Dəyanət Azersoy

 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ