SON DƏQİQƏ

Qubada şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir

Tarix:10-10-2021, 23:19

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq cəmiyyətimizin mənəvi borcudur. 

 Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır.
44 günlük vətən müharibəsində şəhid olan və yaralı sakinlərimizlə görüşlər keçirilir.
Hazırda də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli xarakter daşıyır.
 Quba rayon icra hakimiyyəti başçısı Ziyeddin Əliyev  daim şəhid ailələrinə diqqət və qayğı göstərir şəhid ailələrinin problemləri ilə yaxından tanış olub onların üzləşdiyi problemileri həll edir.
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan hərbi qulluqçularının ildönümü ilə əlaqədar Quba rayonunda da şəhid ailələri yaddan çıxarılmır. Rayonda hər bir təşkilat idarə müəssisələr də bu missiyanı davam etdirirlər.
Eləcə də Quba şəhər bələdiyyəsinin sədri Himayə Məmmədovanın rəhbərliyi ilə şəhər bələdiyyəsinin kollektivi də şəhid ailələrinə diqqət və qayğı göstərir.
44 günlük vətən müharibəsində Quba rayonundan şəhid olan 49 vətən oğullarının ailələri yaddan çıxarılmır.
Bu ailələrə xüsusi diqqət göstərilir.
Bələdiyyə sədri Humayə Məmmədova şəhid ailələri ilə mütəmadi maraqlanır, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində eləcə də şəhid ailəlernin n maddi-məişət şəraiti ilə maraqlanıirlar .
Bu misiyya təkcə ildönümü ərəfəsində deyil daim diqqətdə saxlanılacaq.
Bizdə Allahdan Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr, yaralılarımıza şəfa diləyirik.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ