SON DƏQİQƏ

Quba rayon Zərdabi qəsəbə tam orta məktəbin açılış mərasimi keçirilib

Tarix:8-10-2021, 20:00



Tədbirdə Milli Məclisin deputatı Vahid Əhmədov, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Açılış mərasimində çıxış  edən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd edib ki,  məktəbin yenidənqurmadan sonra istifadəyə verilməsi sevindirici haldır o həmçinin bildirib ki,  ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.
Quba rayon Zərdabi qəsəbə tam orta məktəbin açılış mərasimi keçirilib
Quba rayon İcra  Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik edib son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib.O həmçinin qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Zərdabi qəsəbə tam orta məktəbinin həyatında da mühüm rol oynadı. Zərdabi qəsəbə tam orta məktəbi üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna da nail olub.

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib .Rəmzi lent kəsildikdən sonra qonaqlar məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub, siniflərə, idman zalına, laboratoriyaya baxıblar. Yeni məktəbdə    sinif otağı , bufet, akt zalı, idman zalı mövcuddur.Binada videomüşahidə, yanğın əlehinə siqnalzasiya sistemləri quraşdırılıb,internet və telefon xətləri çəkilib

Qeyd edək ki, yeni tikilmiş məktəb 850 yerlikdir.Hazırda məktəbdə 765 şagird təhsil alır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ