SON DƏQİQƏ

Buzovna çimərliyi hasarlardan azad edilir: “Adi adamlar bura gələ bilmirdilər”

Tarix:3-11-2022, 21:26 | Oxunub: 262

Hər bazar günü Səyavuş Daşdəmirov Buzovnada dəniz sahilindəki qayalıqların tikinti tullantılarından təmizlənməsi aksiyasına qoşulur


Bakının Buzovna qəsəbəsidə yaşayan Şəyavuş Daşdəmirov may ayından bəri hər bazar günü dəniz sahilinə gəlib qayalıqları təmizləyən qrupa qoşulur.
hasarları uçurmağa başlayıb.

Yerli sakinlər deyirlər ki, aidiyyətli qurumların başa çatdırmadığı söküntü işlərini onlar hər həftəsonu bura gəlib təmizləməyə məcbur olurlar.
Buzovna sakini Qədir Mirzəyev deyir ki, "qayalıqlar 10-15 ildir atılan tullantıların altında itib-batıb".

Sakinlər qayalıqlardakı tikinti tullantılarını təmizləyib qumu ələyirlər ki, qayaların ətrafındakı ərazilər çimərlik üçün yararlı olsun.

Çirkli dənizdə çimmək: fəsadları nədir və onu necə aradan qaldırmaq olar?
"Kür çayının quruması o demək deyil ki, bizim təkcə su problemimiz olacaq,"- ətraf mühit məsələləri üzrə tədqiqatçı Şahanə Bilalova
Hər bazar qayaların ətrafını təmizləməyə gələn Nicat Ağayev hesab edir ki, "Bu ərazilər təbii sərvətidir və təmizlənib gələcək nəsillərə ötürülməlidir".
Aksiyasının təşkilatçısı Seyfulla Azər deyir ki, ərazidəki qayaların çoxunun hasarı sökülsə də, bəzi yerlərdə hələ də bu hasarlar qalır.

"İki yarımçıq sökülmüş tikili var. Qayalıqda yarımçıq sökülüb, amma dövlətin mülkiyyəti sayılan sahil zolağında dayanan evlər var. Dörd tikili də var ki, onlar heç sökülməyiblər. Hasarları geri çəkilməli olan bağlar da var ki, onların hasarları qayaların üstündə durub. Onlar dala çəkilməlidir ki, təbii sərvət azad olsun. Buna görə də Prezident fərman verib ki, bu cür unikal qaylar azad olsun və özü də şəxsən bu barədə danışıb, vurğulayıb. Prezidentin diqqətinə, fərmanına zidd olaraq bu qayalıqdan geri çəilmək istəməyən insanlar var", - Seyfulla Azər bildirib.

Sakinlər Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərini günahlandırırlar ki, onlar qayalıqları qapadan hasarların hamısını sökməyiblər.

Buzovnada qayalıqları zəbt edən villa
Onlar deyirlər ki, bu qayalıqlar uzun illər zəbt edilib, adamların dənizə gedən yolunu bağlayıb. Yerli sakinlər dəniz sahilinin hasarlanması ilə bağlı illərdi aidiyyətli qurumlara narazılıqlarını bildiriblər.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ