SON DƏQİQƏ

Bakıda binaların mənzillərin qapıları sındırılıb, mənzillər dağıdılıb

Tarix:28-07-2022, 23:36 | Oxunub: 343

Bu barədə binanın sakinləri məlumat verərək bildiriblər ki, dağıntı iyulun 28-də səhər tezdən başlayıb. Onların sözlərinə görə, proseslər Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılovun rəhbərliyi altında həyata keçirilib. İsmayılovun özü də şəxsən orada iştirak edib:
"Baş verənlərin hamısı videokameralara düşüb. Evindən çıxmaq istəməyən mülkiyyətçilərin qapılarını sındırıb, içərini dağıdıblar, evi bərbad hala salıblar”.

"Baş verənlər qanunsuzluq da deyil...”

Qapısı sındırılanlardan biri də binanın 10-cu mərtəbəsində yerləşən 34 saylı mənzilin sahibi Solmaz Həmidovadır. Hadisə zamanı o, evdə olmayıb. Ehtimal edir ki, dağıntı işlərini aparanlar da onun Azərbaycanda olmadığını və hazırda evin boş olduğunu biliblər:

"Ev bu yaxınlarda təmir olunmuşdu, ona görə boş idi...”
Binanın sakinləri baş verənlərlə əlaqədar iyulun 28-də təcili toplaşaraq, Xətai rayon Prokurorluğuna gedib. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri də daxil olmaqla, bu prosesdə iştirak edənlərin cəzalandırılmasını tələb ediblər.
Solmaz Həmidovanın vəkili Cavad Cavadov da eyni məzmunlu şikayət məktubu ilə prokurorluğa müraciət edib.
"Baş verənlər qanunsuzluq da deyil, vandallıqdır, barbarlıqdır. Adamların mülkünə hücum edib, dağıtmağın başqa adı yoxdur. Bunu edənlərin əməlində vəzifə səlahiyyətlərini aşma, səlahiyyətlərdən sui-istifadə, özgənin əmlakını qəsdən məhv etmə kimi müxtəlif cinayətlərin tərkibi var və mütləq tədbir görülməlidir”.
Vəkil deyir ki, sözügedən binanın sakinləri ilə icra hakimiyyəti arasında 2021-ci ilin dekabrından başlayan məhkəmə çəkişməsi hələ də davam edir.
Prosesin gedişində - 2022-ci ilin yanvarında hakim müvəqqəti xarakterli tədbir olaraq, qərardad çıxarıb. Bu qərara əsasən, məhkəmə yekun nəticəyə gələnə qədər icra hakimiyyəti və başqa strukturlara binanın hasarını uçurmaq, tikilinin konstruksiyasını sökmək, kommunikasiya xətlərini (qaz, su, elektrik enerjisi) ayırmaq qadağan edilib.
Cavadov vurğulayıb ki, həmin qərardad hələ də qüvvədədir:
"Çünki məhkəmə prosesi davam edir, yekun qətnamə hələ çıxarılmayıb. İnzibati prosesdə müddət məhdudiyyəti yoxdur. Prosesin gedişində yeni məsələlər ortaya çıxdığına görə məhkəmə də uzanır, yeni tələblər yaranır. Məsələn, bir müddət öncə gəlib binanın pəncərələrini gizli oğurlayıb aparıblar. Bizdə olan məlumata görə, elan saytlarına yerləşdirib satırlar. Bu barədə sübutları məhkəmədə də, ictimaiyyətə də təqdim edəcəyik”.
Bakı Şəhər İcra Hakimiyyətindən iddialara münasibət öyrənmək mümkün olmayıb.
Sərdar Bünyadov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində (əvvəl "Qaqarin” adlandırılan, indiki Cavanşir körpüsünün yanında - red)) yerləşən bu binanın sökülməsi haqqında Xətai Rayon İcra Hakimiyyəti başçısı 2021-ci ilin noyabrında sərəncam imzalayıb.
Amma mülkiyyətçilər "dövlət ehtiyacı” arqumentini qəbul etmirlər.
"Bu bina prezidentin gündəlik hərəkət marşrutu üzərində yerləşdiyinə görə həmişə diqqət mərkəzində olub. Burada mənzillərin kimə satılması, kimə kirayə verilməsi məsələsinə də gizli şəkildə nəzarət edirdilər. Çünki prezidentin korteji sürətlə hərəkət etsə də, bu yerdə sürəti azaltmağa məcbur olur. Çünki yüksək sürətlə dönmək mümkün deyil”, - adının çəkilməsini istəməyən mülkiyyətçilərdən biri belə deyib.
Əldə edilən i məlumata görə, baş nazirin müavini Yaqub Eyyubovun da sözügedən binada evi olub. Amma o, verilən kompensasiyanın məbləğini mübahisələndirməyərək razılaşıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ