SON DƏQİQƏ

Rusiyaya qarşı sanksiyalardan sonra gündəmə gələn oliqarxlar kimlərdir?

Tarix:6-03-2022, 01:32

Rusiya, Ukrayna və Qərb arasında gərginlik artandan sonra rusiyalı oliqarxlar növbəti dəfə dünya gündəmində yer alıblar.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərb Rusiya banklarına, o cümlədən, Qərb mediasının tez-tez "Putinin dostları" adlandırdığı bəzi Rusiya oliqarxlarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Bu oliqarxlar kimlərdir, niyə bu qədər çox rusiyalı biznesmen Qərbin sanksiyalarına məruz qaldı - bu suallara cavab axtardıq.

Oliqarx nə deməkdir?

Roman Abramoviç

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Rusiyanın ən məşhur oriqarxlarından biri - "Chelsea" futbol kulunun sahibi Roman Abramoviç

Oliqarxiya yeni anlayış deyil, klassik mənası kiçik bir qrupun hakimiyyətdə olduğu siyasi sistem deməkdir.

Rusiya oliqarxları dedikdə Sovet İttifaqı dağılandan (1991) sonra önə çıxmış son dərəcədə varlı Rusiya vətəndaşlarından ibarət bir qrup nəzərdə tutulur.

Oliqarx yunan dilindəki "oliqoi" (az, bir neçə) və "arkhein" (idarə etmək) sözlərindən əmələ gəlib. Oliqarxiya monarxiyadan ("monos" - bir nəfərin hakimiyyəti) və demokratiyadan ("demos" - xalqın hakimiyyəti) fərqli sistemdir.

Oliqarx dininə, qohumluq əlaqələrinə, iqtisadi statusuna və hətta dilinə görə toplumun digər hissəsindən fərqlənən hakim sinfin nümayəndəsidir.

Müasir dövrün oliqarxları kimlərdir?

Oliqarxlar dövlətlə əlaqələri sayəsində sərvət toplamış ultra-varlı şəxslərə deyilir. Britaniyada bəlkə də ən çox tanınan oliqarx "Chelsea" futbol klubunun sahibi, rusiyalı biznesmen Roman Abramoviçdir.

Sərvətinin 14,4 milyard olduğu təxmin edilən Abramoviç SSRİ dağılandan sonra bəzi dövlət əmlaklarını satmaqla varlanıb.

Daha bir məşhur oliqarxsa keçmiş KGB zabiti, bankir Aleksandr Lebedevdir. Onun oğlu Yevgeni Lebedev Londonda nəşr edilən "Evening Standard" qəzetinin sahibi və Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür.

Leonid Kuçma

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Leonid Kuçmanın prezidentliyi dövründə Ukraynada geniş miqyaslı özəlləşdirmə həyata keçirilib

Başqa ölkələrdə də oliqarxlar var. Kiyevdə yerləşən müstəqil Ukrayna Gələcək İnstitutu (UİF) ölkədəki inkişaf prosesinin yavaşlamasını oliqarxların Ukrayna cəmiyyətinə, sənayesinə və siyasətinə böyük təsiriylə əlaqələndirir.

UİF-in 2018-ci ilə aid hesabatında bildirilir ki, ölkənin "köhnə oliqarxları" 1990-cı illərdə - Leonid Kuçmanın prezidentliyi dövründə varlanıblar.

Hesabatda həmçinin qeyd olunur ki, "Ukrayna oliqarxları sərvətlərinin böyük qismini gizli anlaşmalar və şəffaf olmayan özəlləşdirmələr sayəsində əldə ediblər və siyasi sistemdəki nüfuzları sayəsində bizneslərini bu gün də davam etdirirlər".

Oliqarxlar necə varlanıblar?

UİF prezidenti Viktor Andrusiv 2019-cu ildə Vaşinqtondakı "Wilson Center"-də keçirilmiş bir toplantıda oliqarxların "xüsusi biznes üsulları, xüsusi yaşayış tərzləri və nüfuzları olan sinif" olduğunu deyib:

"Əslində, iş adamı deyillər. Varlı insanlardır, amma varlanmaq üsulları kapitalizmdəkindən tamamən fərqlidir. Şirkətlərini özləri yaratmayıblar, dövlət müəssisələrini ələ keçiriblər".

Niyə oliqarxların sayı bu qədər çoxdur?

Oliqarxların diqqət mərkəzində olmasının bir səbəbi də Sovet İttifaqı dağılandan sonra baş verənlərdir.

1991-ci ilin sonunda Mixail Qorbaçov prezidentlikdən istefa verdi. Müstəqil Rusiya dövlətinin rəhbəri Boris Yeltsin oldu.

Mihail Gorbaçov və Boris Yeltsin

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

1991-ci ilin dekabr ayında Mixail Qorbaçov istefa verdi, Rusiyaya Boris Yeltsin rəhbərlik etməyə başladı

SSRİ-də şəxsi mülkiyyət yox idi. Kapitalizm Rusiyasında sənaye, enerji və maliyyə sektorlarında böyük bir özəlləşdirmə kampaniyası həyata keçirildi.

1990-cı illərin əvvələrini əhatə edən bu prosesdə xeyli adam varlandı.

Hakimiyyətlə yaxın əlaqələri olan şəxslər sənaye sektorunda, xüsusilə də dünya miqyasında böyük tələb duyulan neft, qaz və minerallar kimi xammal sektorunda böyük alışlar həyata keçirdilər.

Onlar bunun üçün ya rəsmi şəxslərə haqq ödədilər, ya da onları şirkətlərinə rəhbər təyin etdilər.

Oliqarxlar media maqnatlarına; neft mədənlərinin, polad zavodlarının və mühəndislik şirkətlərinin sahiblərinə çevrildilər, qazanclarıyla müqayisədə çox az vergi ödədilər, Yeltsini dəstəklədilər, 1996-cı il prezident seçkilərində onun seçki kampaniyasını maliyyələşdirdilər.

Putin və oliqarxlar

Putin Yeltsinin yerinə keçəndən sonra oliqarxları sıxışdırmağa başladı. Amma onun siyasi kursunu dəstəkləyənlər - yaxın çevrəsindəki adamlar getdikcə daha çox uğur qazandılar.

Putinin siyasi xəttini qəbul etməyən bankir Boris Berezovski kimi oliqarxlarsa ölkədən qaçmaq məcburiyyətində qaldılar.

Bir vaxtlar ölkənin ən varlı adamı hesab olunan Mixail Xodorkovski indi Britaniyanın paytaxtı Londonda yaşayır.

Putin 2019-cu ildə "Financial Times" qəzetinə verdiyi müsahibədə "Bizdə artıq oliqarx yoxdur" demişdi.

Putin, Arkadi Rotenberg, Vasili Anisimov

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Putin Arkadi Rotenberq (ortada) və Vasili Anisimovla (solda) birlikdə cüdo klubunda

Uşaq vaxtı Putinlə eyni cüdo klubuna gedən Boris Rotenberqi Britaniya hökuməti "Putinlə şəxsi əlaqələri olan, öndə gedən rusiyalı biznesmen" adlandırmışdı.

"Forbes" jurnalı Rotenberqin sərvətinin 1,2 milyard dollar olduğunu yazır.

Putin "DXR" və "LXR"-in müstəqilliyini tanıyandan sonra Boris və Arkadi Rotenberq qardaşları Britaniyanın sanksiyalar siyahısına daxil edildi.

Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, Avropa İttifaqı və Yaponiya və Ukrayna da oliqarxlara qarşı sanksiyalar tətbiq etdilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ