SON DƏQİQƏ

“İcra başçıları bu sənədi verməkdə maraqlı deyillər” “Övladlarımı məktəbə qoya bilmirəm”

Tarix:29-07-2022, 12:08 | Oxunub: 337

"İcra başçıları bu sənədi verməkdə maraqlı deyillər”

"Övladlarımı məktəbə qoya bilmirəm”

 
Məişət zorakılığından əziyyət çəkən R.M ərinin şiddətindən yaxa qurtarmaq üçün mühafizə orderi alıb. Amma bu mühafizə orderi onu ərinin təqiblərindən qoruya bilmir.

"Yoldaşım polis bölməsinə çağırıldığı ilk gün qorxmuşdu. Lakin sonradan bu onun üçün adiləşdi. Artıq nə polislərin xəbərdarlığına, nə də mühafizə orderinə məhəl qoymurdu”, o deyir.
Adını anonim saxlamağımızı istəyən və şərti olaraq R.M adı verdiyimiz müsahibimiz uzun müddətdir, həyat yoldaşının ona qarşı həm mənəvi, həm də fiziki təzyiqlər göstərməsindən şikayət edir. O bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, hələ də ərinin ona və övladlarına qarşı törətdiyi zorakı əməllərdən xilas ola bilməyib.
"Uşaqların yanında məni döyürdü”
İki uşaq anası olan müsahibimiz 10 ildir, evlidir. O deyir ki, evliliyin ilk günlərindən yoldaşının alkoqollu içki aludəçisi olduğunu öyrənib. Daha sonra narkotik vasitələr də qəbul edən həyat yoldaşı ona qarşı daha da aqressivləşib.

"Məni hər kəsin içində təhqir edirdi. Elə vaxtlar olurdu ki, üzümə vurduğu üçün günlərlə evdən çölə çıxmırdım. Üzüm-gözüm göyərirdi, utanırdım,” - məişət zorakılığına məruz qalan R.M. bildirib.

Lakin bir müddət sonra həyat yoldaşı onunla bərabər, uşaqlarına qarşı da fiziki və mənəvi zorakı hərəkətlər etməyə başlayıb. Deyir ki, yoldaşı siqaret çəkib tüstüsünü uşaqların üzünə vururdu, gecəyarı evə içkili halda gəlib, uşaqları qışqırıb yuxudan oyadırdı.

"Narkotik qəbul etdiyi vaxt uşaqlara sillə vururdu. O vaxt uşaqlar balaca idilər”.

O bildirib ki, həyat yoldaşının ona qarşı etdiyi əməllərə göz yumsa da, uşaqlarının döyülməsinə biganə qala bilməyib. Övladlarını və özünü qorumaq məqsədilə mühafizə orderi almaq üçün yaşadığı ərazinin icra hakimiyyətinə müraciət edib. Ancaq bunu almaq üçün o bir neçə ay gözləməli olub.
Qısamüddətli mühafizə orderi 24 saat ərzində zərərçəkmiş şəxsin qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətinə verilir. Bu zaman məişət zorakılığı törətmiş şəxsə bu əməlin təkrarlanmaması barədə xəbərdarlıq edilir. Bundan əlavə, zorakılıq etmiş şəxsə zərər verdiyi şəxsi izləmək və ya narahatlıq gətirən digər hərəkətlərə yol vermək qadağandır.

Əgər bu qadağalara riayət edilməzsə, o zaman şikayətçi uzunmüddətli mühafizə orderi ala bilər. Bu isə yerli məhkəmələr tərəfindən 30 gündən 180 gün müddətinə verilir.

Rəsmi statistik rəqəmlərə görə, ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı 2020-ci illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin 75-80 faizini qadınlar təşkil edib.
yanaşmasında da fərqlər var.

Belə ki, bəzi hakimlər mühafizə orderi ilə bağlı dövlət rüsumu tələb etmədikləri halda, digər qrup hakimlər zərərçəkmişin mühafizə orderi ilə bağlı dövlət rüsumu ödəməsini istəyirlər, vəkil deyir.

"Bu isə qanunvericilikdə olan boşluqdan irəli gəlir. Çünki qanunveriilikdə birbaşa yazılmayıb ki, mühafizə orderləri üçün müraciət pulsuzdur. Dövlət rüsumları haqqında qanunda hansı işlər üzrə dövlət rüsumunun ödənilməməsi göstərilib. Təəssüf ki, mühafizə orderinin verilməsi həmin siyahıda olmadığı üçün bəzi hakimlər bundan istifadə edir”, - Əsabəli Mustafayev əlavə edib.

Millət vəkili Zahid Oruc bu iddialarla bağlı bildirib ki, parlamentin insan haqları komitəsi bu istiqamətdə mövcud qanunvericiliyin monitorinqini və qiymətləndirməsini aparacaq:

"Bu təhlil nəticəsində əgər məlum olsa ki, mühafizə orderinin verilməsində müddətin seçilməsi və qoyula bilən limitlər, eləcə də dövlət rüsumları ilə bağlı hər hansı məhdudiyyətlər var, biz onları mütləq aradan qaldıracayıq”.
"Övladlarımı məktəbə qoya bilmirəm”
Məişət zorakılığı ilə yanaşı, aidiyyatı qurumların laqeydliyi ilə üz-üzə qalan R.M. artıq bir il yarımdır mühafizə orderi olmadan, "qorxu içində yaşadığını” deyir.

"Hər dəfə başqa kirayə ev tapıram, övladlarımı başıma yığıram, necəsə gəlib tapır bizi, hər kəsin yanında söyür, təhqir edir. Hətta bir dəfə qonşular özləri, onun söyüş söyməsinə görə məni şikayət edib, qaldığım binadan getməyimi istədilər. Mən də məcbur çıxmalı oldum. Bir müddət sığınacaqda qaldım. Hətta ölkənin digər şəhərlərinə belə getdim. Xeyri olmadı”, - R.M bildirib.

O əlavə edib ki, həyat yoldaşının təzyiqlərinə görə, böyük övladı məktəbə getməli olsa da, tez-tez ev dəyişdikləri üçün təhsildən kənarda qalıb. Kiçik övladının isə "psixologiyasının pozulduğunu" deyir.

"Kiçik övladımda qorxu yaranıb, heç kəslə ünsiyyət qurmur, hətta uşaqlarla oynamaq istəmir. Mənə məsləhət görüblər ki, bağçaya qoysam, düzələr, amma tez-tez ev dəyişdiyimiz üçün bağçaya da düzəldə bilmirəm”.
İxtisaslaşmış polislər olmalıdır”
"Demək ki, bu sahədə görülən tədbirlərin cəmiyyətə çatdırılmasında kommunikasiyanın düzgün qurulmaması mənfi rol oynayır”, - Zahid Oruc əlavə edib.

"Milli fəaliyyət planı hazırlanıb”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova BBC-yə bildirib ki, məişət zorakılığı ilə bağlı qurumlararası əlaqələrin yaradılması da daxil olmaqla, digər hüquqi boşluqların aradan qaldırılması məqsədi ilə 2021-ci ilin sonunda milli fəaliyyət planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

O qeyd edib ki, hazırda fəaliyyət paketi Prezident Administrasiyasına verilməsi üçün hazırlanır. Şöbə müdiri prosesin uzun çəkməsini sənədin "həddindən çox böyük və əhatəli” olması ilə əlaqələndirib.

Qurum rəsmisinin sözlərinə görə, fəaliyyət planına qısamüddətli mühafizə orderinin "müddətinin uzadılaraq 30 gündən 60 günədək artırılması” və məişət zorakılığına məruz qalan şəxslərə "dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın” göstərilməsi də daxildir.

O, gender əsaslı zorakılıqla mübarizədə 860 nömrəli qaynar telefon xəttinin də fəaliyyət göstərdiyini qeyd edib.

O əlavə edib ki, əgər vətəndaş mühafizə orderi aldıqdan sonra da zorakılığa məruz qalırsa, bu barədə dərhal yerli icra şöbəsinə və ya komitənin qaynar xəttinə də zəng edib məlumat verə bilər.

Taliyə İbrahimova hazırda məişət zorakılığının qarşısının alınması ilə bağlı komitənin nəznində xüsusi sektorun yaradıldığını da diqqətə çatdırıb və bildirib ki, müraciət daxil olan kimi həmin sektor dərhal vətəndaşla əlaqə saxlayır, onun həyatı üçün təcili və təxirəsalınmaz ehtiyaclar varsa, ona yardım göstərilir.

"Bundan əlavə, bütün icra orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı monitorinq qrupları fəaliyyət göstərir. Bəzən qadınlar özlərinə və övladlarına qarşı həyati təhlükə olduğunu bildirirlər, belə olan halda özümüz hüquq mühafizə orqanlarına müraciət edirik və onlar da dərhal prosesə müdaxilə edirlər”, - komitə nümayəndəsi deyib.  

Müsahibimiz R.M bundan sonra sakit həyat yaşamaq istəyir.

"İstəyirəm, gəlib məni narahat eləməsin, başımı aşağı salım, övladlarımı böyüdüm, onları oxudum. Özüm oxumamışam, qoy onları heç olmazsa, bağçaya, məktəbə qoya bilim, oxusunlar.”

"dogru.tv".
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ