SON DƏQİQƏ

Azərbaycanda əhalisi 50 nəfərdən də az olan kəndlər var

Tarix:29-08-2022, 18:42 | Oxunub: 470


Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda yaşayış məntəqələrinin bu ilin əvvəlinə olan demoqrafiq göstəricilərini açıqlayıb. Ölkədəki 63 rayondan yalnız birinin – Xızı rayonunun əhalisi 20 min nəfərdən azdır. 13 rayonun əhalisi 20-50 min arasıdır. Əhalisi 50-100 min nəfər olan 20 rayon var. 29 rayonda isə 100 min nəfərdən çox sakin yaşayır. Başqa deyimlə, Azərbaycandakı rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var.

Ölkədə sayca ən çox yaşayış məntəqəsi kəndlərdir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda 4 min 246 kənd var. Qarabağ iqtisadi rayonundakı kəndlərin bəzisi Azərbaycanın nəzarətində olmadığından toplam 4 min 78 kəndin əhalisi haqqında bilgilər dərc edilib. Bu kəndlərdən 129-nun əhalisi 50 nəfərdən də azdır. Əhali sayı 50-100 nəfər arasında olan kəndlərin sayı 164-dür. Azərbaycanda əhalisi 5 min nəfərdən çox 97 kənd var.

Cədvəl: Sakin sayı baxımından kəndlərin sayı

Azərbaycanda əhalisi 50 nəfərdən də az olan kəndlər var

Ən böyük respublika tabeli şəhərlər
Azərbaycanda 11 respublika tabeli şəhər var. Onlardan biri – Xankəndi şəhəri Azərbaycanın nəzarətində deyil. Statistik göstəricilərdən aydın olur ki, respublika tabeli şəhərlər arasında ən az əhalisi olan Naftalan şəhəridir.

Cədvəl: Respublika tabeli şəhərlərin 01.01.2022-ci ilə olan əhali sayı


Diqqətə yetirilən göstəricilər məhz rəsmi əhali sayını göstərir. Azərbaycanda özəlliklə Bakının gerçək əhali sayı daim dartışmalar doğurur. Rəsmi rəqəmlərə görə, paytaxtda 2 milyon 300 min nəfər yaşasa da, müxtəlif alternativ hesablamalar şəhərin real əhali sayının 3 milyon nəfəri aşdığını göstərir.


Ən çox və ən az əhalisi olan rayonlar
Azərbaycanda inzibati baxımdan 14 iqtisadi rayon var. İqtisadi rayonlardan biri – paytaxt Bakı ayrıca iqtisadi rayon sayılır. Digər 13 iqtisadi rayonun tərkibinə bir neçə rayon və şəhər daxildir. Ancaq maraqlıdır ki, bununla belə təkcə Bakıda yaşayanların sayı digər iqtisadi rayonların əhali sayını bir neçə dəfə qabaqlayır.

Cədvəl: 01.01.2022-ci il tarixinə iqtisadi rayonlar üzrə əhali sayı

Respublika tabeli şəhərlər nəzərə alınmasa, ölkədə ən çox əhalisi olan ilk üç rayonun üçü də Lənkəran-Astara iqtisadi rayonundadır. Bu ilin əvvəlinə olan göstəriciyə görə, söhbət Lənkəran, Masallı və Cəlilabad rayonlarından gedir. Hazırda Lənkəran rayonunun 231 min 600 nəfər, Masallı rayonun 230 min, Cəlilabad rayonunsa 229 min 700 nəfər əhalisi var.
Cədvəl: 01.01.2022-ci il tarixinə ən çox əhalisi olan 10 rayon

Əhali baxımından ən kiçik rayonlara gəlincə, bu ilin əvvəlinə olan göstəricilərə görə, ölkədə ən az əhalisi olan rayon Xızıdır. Xızı rayonunun əhalisi cəmi 17 min 300 nəfərdir. Əhali sayı az olan digər rayonlar Sədərək (22 min 700), Şahbuz (25 min 300), Xocalı (29 min 100) və Kəngərlidir (33 min 100). Maraqlıdır ki, əhali sayı baxımından ən az göstəricisi olan ilk beş rayondan üçü Naxçıvan Muxtar Respublikasına daxildir.



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ