SON DƏQİQƏ

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi

Tarix:5-08-2022, 20:30 | Oxunub: 208

Şuşada "Muğam”ın qalibləri müəyyənləşdi.


Şuşada VIII "Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

"doğru.tv" xəbər verir ki, tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Şuşada keçirilən VIII "Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Azyaşlı qrup üzrə qaliblər:

I yer Həzrət Əzizli

II yer Fatimə Kərimova

III yer Sabir Ağayev.

Gənc xanəndələr arasında qaliblər:

I yer Fuad Əzizadə

II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova

III yer Daşqın Kürçaylı və Vüqar Əbilov

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ