SON DƏQİQƏ

21 yaşlı, bədəni qəlpəli qazinin hekayəsi: “Mən bu dövlətə nə etmişəm ki?

Tarix:16-07-2022, 01:20 | Oxunub: 562

2020-ci ilin oktyabr ayı. Azərbaycanın hərbi hissələrindən birində ön cəbhədə xidmət edən əsgər postda olarkən, zabitlər onu çağırır. Bir həftə əvvəl başlayan İkinci Qarabağ müharibəsi üçün kəşfiyyat missiyasına əsgər seçməyə gəliblər.


Bir az sonra onun da adını siyahıya alırlar. Hərbi xidmətini bitirib, evə qayıtmaq üçün 57-ci gününü sayan 19 yaşlı əsgərin müharibə hekayəsi beləcə başlayır:

"Müharibə xəbərini sevinclə qarşıladım. Çünki neçə ildir deyirdilər ki, müharibə olacaq, torpaqlarımızı geri alacağıq, amma olmurdu. Şəxsən mən sevindim ki, əsgərlikdə olduğum vaxtda müharibə başladı və mən də iştirak etməyə gedirəm”.

Füzuli və Xocavənd rayonları istiqamətindəki hərbi əməliyyatlara qoşulan Cavid İsaqov 32 gün döyüşür. Müharibənin bitməsinə cəmi üç gün qalmış - noyabrın 5-i səhər saatlarında isə o, yanına atılan iki minaatanın zərbəsi ilə yerə çırpılır:

"Qəlpələr məni tutdu, yerə yıxıldım. Başım yerə dəydi, silkələndi. O gündən etibarən həyatım xəstəxanalarda keçir”.

Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçsə də, sağlamlığını itirmiş, 21 yaşlı Cavid İsaqov hələ də xəstəliyinə görə əlillik dərəcəsi ala bilməməsindən şikayət, dövlətdən "sadəcə haqqını istəyir
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ