SON DƏQİQƏ

“Ruhi xəstə olan yoldaşım insult keçirib, hissiyyatını itirib, amma pensiyasını kəsiblər” - Foto

Tarix:9-09-2021, 12:21

Şikayətçi bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həll olunmayıb: "Mənə deyirlər ki, təkcə onun pensiyası kəsilməyib. Deyirlər, bizim əlimizdən heç nə gəlmir, xəstəni Bakıya aparmalısan. Mənim də imkanım yoxdur, heç bu vəziyyətdə xəstəni evdən də çıxara bilmirəm”.

Problemlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, xəstə ilə bağlı tibb müəssisəsinin göndərişində xəstəlik səthi yazıldığından ona imtina verilib: "Biz vətəndaşı görmədiyimiz üçün onun hazırkı vəziyyətini tibb müəssisəsinin göndərişi əsasında qiymətləndiririk. Tibb müəssisəsinin göndərdiyi Forma 88 isə çox səthi yazılıb və xəstənin heç bir ağırlaşması qeyd olunmayıb. Ona görə də xəstəyə imtina cavabı verilib”. 

T. Qurbanov əlavə edib ki, bütün bunlara baxmayaraq, vətəndaşla əlaqə saxlanılıb və ona əyani baxış keçiriləcək və əlilliyin qiymətləndirilməsi aparılacaq. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ