SON DƏQİQƏ

Mədəniyyət Nazirliyində işini itirən də var- 2 ci vəzifəli şəxsde həbs olundu

Tarix:3-11-2022, 21:09 | Oxunub: 260


Noyabrın 3-də Prezident İlham Əliyev Elnur Əliyevi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edib.

 

Azərbaycanın yerli media orqanlarında yayılan məlumatlara görə, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib, E.Əliyevin da istintaqa cəld edildiyi bildirilirdi.

Bu məlumatlara nə DTX-dan, nə də E.Əliyevdən münasibət almaq mümkün olub.

Mədəniyyət Nazirliyində yenə həbs edilən var

 

Noyabrın 2-də Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu məlumatı "Turan"a Səbail Rayon Məhkəməsindən təsdiqləyiblər. Səbail Rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Lakin şöbə müdirinin hansı ittihamlarla həbs olunduğu barədə məlumat verilməyib.

Məlumata İ.Nəsibovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın yerli saytları noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinə dair məlumatlar yaymışdılar. Amma DTX özü, hələlik, bununla bağlı hər hansı məlumat açıqlamayıb.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ