SON DƏQİQƏ

Yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə 5 il azadlıqdan məhrum edilib

Tarix:20-10-2022, 00:05 | Oxunub: 468

Yeniyetmənin vəkili Zibeydə Sadıqova deyir ki, onlar məhkəmənin qərarından, həm də onlara qarşı ayrıseçkilikdən məyus olublar.

"Həm məhkəmə prosesində, həm də müşavirə otağında olarkən təqsirləndirilən şəxs dəfələrlə bizi çox ağır formada təhqir etdi. Biz əlbəttə ki, bununla bağlı müvafiq yerlərə şikayət edəcəyik, lakin məhkəmə bu barədə tədbir görmədi. Amma məhkəmə hökm verdi və adam təqsirli bilindi, 4 aya yaxın idi ki, biz bu anı gözləyirdik”, deyə vəkil bildirib.

Sürəyya Ağayeva
Sürəyya Ağayeva
Lakin Əsgər Ağazadə məhkəmədə özünü təqsirli bilməyib, Sənay Yağmurun onlarda qaldığı gecə ona təcavüz etməsi barədə ittihamın əsassız olduğunu deyib. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ