SON DƏQİQƏ

Bakı – Quba yolunda baş verən qəzada ölən və yaralılar var - Video

Tarix:22-09-2022, 21:15 | Oxunub: 344

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli "Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan "Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:


"Hadisə nəticəsində "Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 17-yə yaxın sərnişin yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir”.

doğru.tv" xəbər verir ki, qəzada ölən şəxsin kimliyi bəlli olub." qəzada Şabran sakini 1957-ci il təvəllüdlü A.Ələkbərov ölüb.

İki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxslərin adı aşağıdakı kimidir:

Dostuyeva Zöhrə Hüseynağa qızı (1958);

Əliyeva Xuraman Paşa qızı (1974);

Cəfərova Zülfiyyə Kərim qızı (1965);

Əliyev Sərxan Əmiraslan oğlu (1967);

Qasımova Şəfəq Kazım qızı (1976);

Məmmədova Validə Rzaqulu qızı (1974);

Məmmədov Fərid Mehman oğlu (1989);

Əsgərov Ramiz Əjdər oğlu (1956);

Seyidov Qasım İsmayıl oğlu;

Ağarzayev Siracəddin Nurulla oğlu (1959);

Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970);

Mədətova Cəmilə Nəbi qızı (1980);

Qəmbərova Reyhan Rzaqulu qızı (1965);

Kərimov Fikrət Tofiq oğlu (1966);

Məmmədova Təranə Abdul qızı (1977);

Əsgərova Məhbubə Ağamurad qızıdır (1961).

Atayeva Günay.
 "doğru.tv"


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ