SON DƏQİQƏ

Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasına bıçaqla hücum edilib

Tarix:21-09-2022, 09:40 | Oxunub: 76

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib.


"doğru.tv" xəbər verir ki,  çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.

Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ